Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-490/2021 05.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşağa görə 120 manat alimentin verilməsi qət edilmişdir. Hesab edir ki, təyin olunmuş aliment çox azdır, uşaqların saxlanılmasını təmin etmir. Cavabdeh fərdi fəailiyyətlə məşğuldur, qazancı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimneti hər ay ödəsə də, müəyyən olunmuş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Özü menecer vəzifəsində işləyir və 300 manat maaş alır. Uşaqları məktəblidir və onların saxlanılmasında çətinlik çəkir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Navat Muxtarova izahat verərək bildirdi ki, oğlu-cavabdeh hazırda pandemiya ilə əlaqədar işsizdir. Özü müəllimə işləyir və hər aylıq maaşından nəvələri üçün aliment ödəyir. Oğlunun işləri qaydasına düşəndən sonra isə alimenti oğlu ödəyəcək. Hazırda alimentin artırılması üçün oğlunun hər hansı qazancı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 868810 nömrəli və AZ-İİİ seriyalı 025945 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Şahin və xx.xx.2012-ci il təvəllüdlü Nihad adlı uşaqları var. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-598/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə Muxtarova (Xasməmmədova) Nigarə Mahir qızı ilə Cavabdeh qızı arasında xx xxxxxxxx 2010-cu il bağlanmış nikahın pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-598/2020 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahdan olan uşaqları- Şahinin 9, Nihadın isə 8 yaşı olmuş və məktəbli olmuşlar. Hazırda uşaqların yaşında və təhsilində hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment miqdarı müəyyən edildikdən sonra, yəni son 8 ay müddətində cavabdehin maddi vəziyyətində də dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını və alimentin artırılmasının aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-490/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-490/2021
05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver