Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-497/2020 04.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə ödəmələrə görə pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4364 manat məbləğində pulun vəödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialı ilə xx xxxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə ödəmək şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. O, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmaqla eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh borcunun bir hissəsini ödəmiş, 4364 manat borc isə ödənilməmiş qalmışdır. O, cavabdehin borcunu onun əvəzinə ödəmiş, cavabdeh isə həmin borcu qaytaracağını bildirsə də, bunu etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçıiddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialı arasında 8000 manata dair bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh öhdəliklərinin icrasına təminat olaraq Bankla elə həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Fərid Səmədovun “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialındakı bank hesabına 4364 manat kredit ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini tam icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda tam haqlı olmuşdur və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Səmid oğlundan 4364 (dörd min üç yüz altmış dörd) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-497/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-497/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver