Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-497/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 1938-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olması, atasının X15, anasının X5 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, anası X11 1938-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, 04 avqust 2004-cü ildə Yevlax rayonu, Xanabad kəndində vəfat etmişdir. Mərhum anasının doğumu haqqında şəhadətnaməsi olmadığından müəyyən mülki hüquqlarının həyata keçirə bilmir. Mərhum anasının doğumunun bərpa edilməsi ilə bağlı Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı oğludur. X2 1938-ci il tarixdə anadan olmuşdur. Hazırda doğum şəhadətnaməsini itirmişlər. X6, anası X5 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, Ərizəçi onun xalası oğludur. Xalası 1938-ci ildə anadan olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 18 yanvar 2022-ci il tarixli məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 11 yanvar 2022-ci il tarixli 05/Q-57/70 saylı arayışından məlum olur ki, X3 ilə X11 20 fevral 1960-cı il tarixdə evlənmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 18 yanvar 2022-ci il tarixli 151 saylı arayışından məlum olur ki, X8 04 avqust 2004-cü il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 18 may 1970-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxx 1970-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 11 yanvar 2022-ci il tarixli 07 saylı arayışından məlum olur ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu, Bucaq kənd Sovetliyinin (Xaldan kəndi üzrə) 1957-1959-cu illərə dair təsərrüfat başına kitabının 82-ci səhifəsinin 179 saylı qeydində X7 doğum tarixi 1938-ci il yazılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 yanvar 2022-ci il tarixli 50 saylı arayışından məlum olur ki, mərhum İsgəndərova (Şirinova) Şəfiqə Məcnun qızının atası X4 Vətən Müharibəsinə (1941-1945) getmiş və qayıtmamışdır, vəfat etmişdir. Anası Cabbarova (Şirinova) Sənəm Məhəmmədəli qızı 28 fevral 2001-ci il tarixdə Xanabad kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla Ərizəçi anası X1 1938-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olması faktı təsdiqini tapır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 1938-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmasının, atasının X15, anasının X5 olması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən yenidən aparılması və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-497/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-497/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver