Məhkəmə qərarları › İş №2(039)-50/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-50/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-50/2021 15.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı «X5» MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı «X5» MMC-nin Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X5» MMC Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X5» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3635 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1453/2020 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 3635 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X5» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 1453/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1453/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabheh Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, «X5» MMC-nin tələb etdiyi 3635 manat maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsinin rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X5» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, «X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx xxxxxxx 2018-ci il tarilxli 479-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx xxxxxxxx 2019-cu il tarixli 424-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxx 2019-cu il tarixdə Oba – Yeni Biləcəri mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx xxx 2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən yekun 3946 manat məbləğində zərər vurması məlum olmuşdur. Məhkəmə sorğunun cavabı sənəd daxili sənəd olduğundan və hazırda saxlanılmadığından cavablandırması mümkün olmamışdır. İnventarlaşma işlərinin nəticəsi ilə tanış olmaq üçün cavabdeh dəvət olunsa da, gələmiş və aktı imzalamamışdır. Bu barədə də müvafiq akt tərtib olunmuşdur. İnventarlaşma işləri xx xxx 2019-cu ilk tarixdə aparılsa da, cavabdeh sərəncamda olduğundan onunla bağlanmış müqaviləyə xx xxxxxxxx 2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı «X5» MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, o xx xxxxxx 2017-ci il tarixdə «X5» MMC-nə işə başlamışdı. Təxminən 14 ay sonra o mağazada adminstrator kimi işləmişdir. O işdən çıxmaq istəyərək müdiriyyətinə məlumat vermişdir. İşdən çıxmağının səbəbi də digər yerdə iş tapması olmuşdur. Bununla bağlı xx xxx 2019-cu il tarixdə işlədiyi mağaza saat 17.00-da bağlanmış və 21.00-dək sayım olmuşdur. Bundan sonra ona bildirmişlər ki, 10 gün müddətində nəticələr yoxlanaraq onunla əlaqə saxlanacaq. Lakin ona şirkət tərəfindən heç bir məlumat verilmədiyindən iki həftə sonra özü şirkətə müraciət edərək məlumat əldə etmək istəmişdir. Lakin ona araşdırma aparıldığını bildirmişlər. Sentyabr ayında özü baş ofisdə olmuşdur. Ona son hesablaşma blankı təqdim olunaraq, məsul şəxslərə borcunun olmaması ilə bağlı imza etdirilməsi bilirilmişdir. Həmin şəxslərin yanında olmuş və onlara heç bir borcunun olmaması barədə son hesablaşma blankını imza etmişlər. Borcu olsaydı həmin şəxslər imza etməzdilər. Bundan sonra ona əmək kitabçası verilmiş və sonuncu əmək haqqını ödəmişlər. Borcu olsaydı həmin pulu ona ödəməzdir. Onu heç vaxt şirkətə dəvət etməmişlər və heç bir izahat verilməsi təklif olunmayıb. İddia ərizəsində onu izahat verilməsi və yoxlama sənədləri ilə tanış edilməsi ilə bağlı şirkətə dəvət olunması və onun izahat verməkdən imtina etməsi qeyd edilsə də, onun nə yaşadığı ünvanına, nə emeil ünvanına bildiriş gəlməmiş, nə də telefon vasitəsi ilə çağırılmamışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, «X5» MMC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2A, mənzil 33-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin xx xxxxxx 2017-ci il tarixli 382-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh İddiaçılər şəbəkəsinə xx xxxxxx 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh İddiaçılər şəbəkəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh «X5» MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin vəzifə təlimatının surətindən məlum olur ki, Cavabdeh vəzifə təlimatını imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli 479-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2018-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh administrator vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinə əlavənin surətindən məlum olur ki, Cavabdeh İddiaçılər şəbəkəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli 424-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh ilə «X5» MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2019-cu il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2020-ci il tarixli DN-1912 saylı xəbərdarlıq məktubunun surətindən məlum olur ki, «X5» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh ziyanın ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin xx xxx 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh 3946 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 311 manat cəmiyyətin xəzinəsinə mədaxil etməklə 3635 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin xx xxxxxx 2021-ci il tarixli İR-213/19 arayışından məlum olur ki, Cavabdeh həqiqətən xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxxxx 2019-cu il tarixinədək «X5» MMC-də çalışıb. İyun, iyul və avqust aylarına əmək haqqı ödənilməmişdir. Sentyabr ayında 264.15 manat əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh «X5» MMC-nə xx xxxxxx 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx xxxxxxxx 2019-cu il tairxdə Cavabdeh ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları və tam maddi məsuliyyət haqqında müqavilələr imzalamışdır. Cavabdeh əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə işə götürən Cavabdeh 3946 manat çatışmamazlığı müəyyən etmişdir. İddiaçı «X5» MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3635 manat ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, onun iddiaçıya heç bir borcu olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işə götürən işçini qanunvericiliyin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203 maddə) tələblərinə uyğun olaraq, işçinin yazılı izahatını almamış və yoxlama sənədləri ilə tanış etməmişdir. İddiaçının nümayəndəsi bununla bağlı cavabdehə bildiriş göndərməsini və dəvət olunması bildirərək, cavabdehin gələrək yoxlama sənədləri ilə tanış olmaqdan və izahat verməkdən imtina etdiyini bildirsə də, cavabdehə bildirişin göndərilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı «X5» MMC-nin Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinin tələbinə görə, Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202.1-ci maddəsinin tələbinə görə, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203.1-ci maddəsinin tələbinə görə, İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203.2-ci maddəsinin tələbinə görə, Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin tələbinə görə, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «X5» MMC-nin Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar