Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-500/2025 28.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 28 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26000 manat borc məbləğinin habelə, 180 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, iddiada qeyd edilən borcun verilmədiyini, iddiada qeyd edilən borcun mövcud olmadığını bildirmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbini müdafiə etdiyini, pulun alınması faktını təsdiq edən qəbzin əslini təqdim edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 izah etdi ki, iddia tam əsassızdır. İddiaçı tərəfindən oğlu Eldara yüksək faizlə pul verilmişdir. Həmin fakta görə də oğlu özünü öldürmə həddinə gəldiyinə görə rayon prokurorluğuna ərizəylə müraciət etmişdir. Sözügdən puldan çox qismi ödənmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya ödənilən pulu təsdiq edən sübut yoxdur. xx.xx.2024-cü il tarixdə 1000 manat pul onun tərəfindən ödənilmiş və buna dair müvafiq qəbz mövcuddur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 180.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən məlum olurki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 Könül Əli qızına olan 27.000 (iyirmi yeddi min) manat borcundan 1000 (min) manatını xx.xx.2024-cü il tarixində qaytarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 30000 manat borca pul götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş sorğu əsasında toplanmış rədd materialında görünür ki, Könüllə dəfələrlə söhbətləri zamanı onu incitməməyi bildirərək əks halda intihar edəcəyini iddiaçıya demişdir. Könül ona 25000 məbləğində sələm verib 50000 manat məbləğində pul istəmişdir. Bundan başqa cavabdeh Könülə 9000 manat məbləğində faiz ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli Yevlax Rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X5 icraatında olan toplanmış 225c-24 nömrəli materialı nəzərdən keçirərək qərara almışdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilsin. Cavabdeh İddiaçı ilə arasında olan borc mübahisəsi ilə əlaqədar aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan (cavabdehin etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən) və məhkəmə iclasında tədqiq edilən CD diskə baxış keçirilərkən tərəflər arasında borc mübahisəsi olduğunu və cavabdeh borcunu qaytaracağını bildirmişdir. Həmin CD diskdə olan səs yazısında “nə pulunu nə də faizini vermirlər” səsləri əks olunmuşdur. Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(039)-500/2025 saylı xüsusi qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(039)-500/2025 saylı mülki işin məhkəmə baxışı zamanı cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olubolmaması araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Beləliklə iş materiallarından məlum olur ki, iddiaçı cavabdeh 30000 manatlıq borc vermiş, həmin borcdan ödənişlər edilmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası Mübariz Hüseynov) tərəfindən qalıq 27000 manat borcdan 1000 manat ödəniş edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 26000 manat pul və ödənilmiş 180 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan qəbzləri sübut növü kimi götürür və cavabdehin iddiaya etirazını mülki hüquq vəzifəsindən yayınmaq kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından da göründüyü kimi tərəflər borca görə yazılı razılğa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26000 manat borc və 180 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-500/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-500/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver