Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-502/2021 02.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 25000 manat məbləğində pulun, 2500 manat məbləğində faiz borcun və 5000 manat məbləğində maddi zərərin əvəzi kimi, cəmi 32500 manat pul vəsaitinin, həmçinin 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə borc olaraq 25000 manat pul vermiş, cavabdeh ona borc aldığı pulu xx xxxxxx 2020-ci il tarixədək qaytaracağına söz vermişdir. O, 25000 manat pulu cavabdehə verərkən aralarında kredit müqaviləsi bağlanmış və bağlanmış kredit müqaviləsi dövlət notariat kontorunda təsdiq edilmişdir. Cavabdeh ondan borc götürdüyü pulu ona qaytarmamışdır. O, hər dəfə cavabdehdən pulu tələb etdikdə, müxtəlif bəhanələr uyduraraq pulu ona qaytarmaqdan yayınır. Cavabdehin borcunu qaytarmaması nəticəsində onun gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla faiz tələb etmək hüququ var. Cavabdehin 1 il ərzində onun mülkiyyətində olan 25000 manatı dövriyyəyə buraxması nəticəsində ona 5000 manat məbləğində maddi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkil X1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 25000 manat məbləğində borc pul vermişdir. Borcalan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə borc aldığı 25000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi 25000 manat pulun tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin 2500 manat faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx xxxxxx 2020-ci il tarixdə bitməsinə baxmayaraq borc alan Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə müqavilə müddətinin bitdiyi tarixdən qətnamə çıxarılan tarixədək( 03 ay 22 gün) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 388 manat faiz borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə iddia тялябинин əldən çıxmış faydaya görə дяймиш мадди зийанын юдянилмяси hissəsi ilə əlaqədar qeyd edir ki, иддиачы она мадди зийанын вурулмасыны билдирся дя, бунунла баьлы сцбутлары мящкямяйя тягдим едя билмяmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi мадди зийанын юдянилмяси hissəsində təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 25000 manat məbləğində əsas borc, 388 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 25388 (iyirmi beş min üç yüz səksən səkkiz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-502/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-502/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver