Məhkəmə qərarları › İş №2(039)-504/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-504/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-504/2020 22.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2229,49 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə ödəmək şərti ilə 2500 manat kredit verilmişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin olmuşdur. Cavabdeh söz vermişdir ki, hər ay kredit borcunu ödəyəcək. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və bunun müqabilində onun əmək haqqından xx xxx 2020-ci il tarixə qədər 2229 manat 49 qəpik pul tutulmuşdur. O, dəfələrlə borcun qaytarılması ilə bağlı cavabdehə müarciət etsə də, cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Şəlalə Tağıyeva iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun vəkilinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işin materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Mingəçevir filialı arasında 2500 manata dair bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh öhdəliklərinə görə Bankla elə həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, borclu Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Mingəçevir filialından xx.xx.2014-cü il tarixində 2500 manat kredit götürüb və 1-xx.xx.2014-cü il saylı zaminlik müqaviləsinə əsasən İddiaçı zamin durmuşdur. Kreditdə geçikmələr olduğundan zamin İddiaçı əmək haqqı hesabından borclu Cavabdeh kreditinə xx.xx.2020- ci il tarixinə qədər cəmi 2229,49 manat vəsait tutulubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini tam icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda tam haqlı olmuşdur və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2229 (iki min iki yüz iyirmi doqquz) manat 49 (qırx doqquz) qəpik və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar