Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-507/2021 25.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, iddiaçı "xxxx" X2 Bank Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMQBKT cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Cavabdeh1 ilə "xxxx" MMQBKT arasında bağlanmış kredit müqaviləsinə əsasən əsas borc üzrə 8287 ABŞ dolları, faiz borcu üzrə 2552 ABŞ dolları, cərimə borcu 67,89 ABŞ dolları olmaqla ümumilikdə 10906,89 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" MMM QBKT ilə 24.10.2014cü il tarixdə bağladığı **********1616 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 may 2015-ci il tarixində tərəflər arasında sözügedən kredit müqaviləsinin Restrukturizasiyana dair saziş bağlanmış və 8287 ABŞ dolları məbləğində olan qalıq əsas borcun 23% faiz dərəcəsi ilə 28 ay müddətinə ödənilməsi üçün yeni ödəniş cədvəli tərtib edilmişdir. Kredit müqaviləsinin Restrukturizasiyasına dair sazişə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay 388 ABŞ dolları məbləğində olmaqla, cəmi 10839 ABŞ dolları ödəniş etməli olduğu halda, heç bir ödəniş etməmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) ödəməyə borcludur. Cavabdehlərin əsas borc üzrə 8287ABŞ dolları, faiz borcu üzrə 2552 ABŞ dolları, cərimə üzrə 67,89 ABŞ dolları, cəmi 10906,89 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək məhkəmədən onlara münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 24.10.2014-cü il tarixli, **********1616 №li kredit müqaviləsindən görünür ki, "xxxx" MMQBKT-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit verən qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İş materiallarında olan 24.10.2014-cü il tarixli, **********1616 №li kredit müqaviləsinin Restrukzasiyasına dair 01 may 2015-ci il tarixli Sazişdən görünür ki, qeyd olunan kredit müqaviləsi restrukzasiya edilmiş, kreditin məbləği 8287 ABŞ dolları, faizi- 23 % dərəcəsi müəyyən edilmiş və kreditin müddəti 24.08.2017-ci ilədək uzadılmışdır. İş materiallarında olan "xxxx" MMQBKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 04.03.2016-ci il tarixə kredit müqaviləsi üzrə əsas borc üzrə 8287 ABŞ dolları, faiz borcu üzrə 2552 ABŞ dolları, cərimə borcu 67,89 ABŞ dolları olmaqla, ümumilikdə 10906,89 ABŞ dolları borcu var. Məhkəmə mühasibatlıq ekspertizasının 06 aprel 2021-ci il tarixli rəyindən görünür ki, müqavilə müddətini sonuna, yəni 24.08.2017-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 8287 ABŞ dolları, faiz borcu 5443,41 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan 8287 ABŞ dolları, faiz borcu üzrə 2552 ABŞ dolları, cərimə borcu 67,89 ABŞ dolları olmaqla ümumilikdə 10906,89 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehlərin üzərinə düşür. Cavabdeh tərəf isə Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, Banka olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank yuxarıda qeyd edilən məbləğlərin Cavabdeh1 öz xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir. Digər cavabdehlər -zamin Cavabdeh2 və zamin Cavabdeh3 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 31.05.2018-ci il tarixli Qərarında göstərmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə qeyd edir ki, 01 may 2015-ci il tarixdə 24 oktyabr 2014-cü il tarixli, **********1616 №li kredit müqaviləsi restrukzasiya olunaraq kreditin müddəti uzadılmış, kreditin faiz dərəcəsi dəyişdirilmiş, lakin zaminlərin razılığı alınmamış və bu barədə razılıq zaminlər tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8287 ABŞ dolları, faiz borcu üzrə 2552 ABŞ dolları, cərimə borcu 67,89 ABŞ dolları olmaqla, ümumilikdə 10906,89 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri-100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-507/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-507/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver