Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-509/2024 11.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 26265 manat və 379.22 ABŞ dolları məbləğində zərərin və dövlət rüsumu olaraq ödədiyi 171 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilini və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunu xx.xx.2023-cü il tarixli, 179 nömrəli etibarnamə ilə idarə edərkən xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası Kahramanmaraş ili Görsun ilçesi Keklikoluk mahallesi ərazisində avtomobil qəzası etmişdir. Bununla bağlı olaraq X6 X7 Düzenleme və denetleme büro amirliği tərəfindən MB 15559949 nömrəli Karar tutanağı (qərar) tərtib edilmiş, Cavabdeh 1979 tl cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobil və yarımqoşuya zərər dəymiş, cavabdeh avtomobilin yanacaq çənindəki yanacağı da sataraq avtomobili sahibsiz qoyaraq qaçmış və ona zərər vurmuşdur. Bilavasitə dartıcı avtomobil və yarımqoşquya dəymiş zərər və təmiri üçün çəkilmiş xərc, avtomobil və yarımqoşqunu sahibsiz ataraq qaçması və geriyə gətirməməsi səbəbindən onun Türkiyə Respublikasına getmək üçün X5 adlı şəxsə verdiyi etibarnamə və aldığı aviabilet xərcləri və “Pakı Grouop MMC” Müstəqil qiymətləndirici tərəfindən xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli qiymətləndirmə rəyində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli Volvo markalı model FH Yük Yəhərli dartıcı və **- ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ehtiyat hissələri və təmir xərcləri birlikdə cəmi 26265 manat zərər dəymişdir. Əvvəkli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, növbəti məhkəmə iclasında X5 şahid qismində məhkəməyə təqdim edəcəklərini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; “Pakı Group MMC” Müstəqil qiymətləndirici tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli qiymətləndirmə rəyindən görünür ki, 2010-cu il buraxılışlı Volvo markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı qoşqunun təmirbərpa xərcləri 2023-cü ilin sentyabr ayı üçün real bazar qiyməti 26.265 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunun sahibi İddiaçıdur. Profi-Transport MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ** OZ ***/ ** ZK *** X9 (pasport: C02388874, sür/vəs : AD 143462), ondan ötür ki, şirkət sürücüyə şirkətə məxsus BYD kitabçalarından (Cartnet-TİR), CMR-lərdən “İcazə vərəqəsindən istifadə etdiyi, şirkəti ilə sifarişçi arasında bağlanmış müqavilələr üzrə müvafiq yüklərinin daşınılmasını və nəqliyyat vasitələrini idarə etməyi etibar edir. xx.xx.2023-cü il tarixli “Ölümlü/X4 Tespit Tutanağından” görünür ki, X10 X1 aparılmış sənədləşməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30-da sürücü Maharram İbrahimov sevk və idaresindeki ** OZ *** plak sayılı çekici ve bu çekiciye bağlı ** ZK *** plaka sayılı römork ile D825-02 Devlet Karayolu üzərinde Kayseri İli istikametindən Görsun İlçesi istikametine seyir alindeyken Km:10+950 (Keklikoluk) mevkiine geldiğınde araçının direksiyan hakimiyetini kaybederek araçının sağ kısımlarıya daha öncə mevkid kaza yapmış olan ve yol daşında bulanan 33 BFR 29 plaka sayılı çekicye bağlı 33 CET 06 plaka sayılı yarı römorkum sol kısımlarına çarparak yaklaşık 20 mert ileride durması ele sonuncu iki araçlı yaralanmalı ve maddi hasarlı trafik kazası meydana gəlmişdir. Bu kazaanın oluşumunda ** OZ *** plaka sayılı araç sürücüsü Maharram İbrahimova 2918 sayılı X2 52/1b (Araçlarının hızını aracın) yük ve texnik özelliğıne görüş yol hava durumunun gerektirdiği şartlara uydurmamak) kuralını ihlal ettiği görüş ve kanaatine varılmıştır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2534 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallaında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Volvo markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı **- ZK-*** dövlət qeydiyyat nişanlı qoşqunun təmir-bərpa xərci aşınma daxil olmaqla hadisə baş verən tarixə təxminən 24265,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 23065,00 manat, təmir-bərpa işlərinin qiyməti 1200.00 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası, Kahramanmaraş ili, Görsun ilçesi Keklikoluk mahallesi ərazisində İddiaçı məxsus olan **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobil və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu ilə hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan Türkiyə Respublikasında qeydiyyatda olan Botan Trans Sanayi və Dış Ticarət Limited Şirkətinə məxsus “Ford” markalı, 33BFR29 dövlət qeydiyyat nişanlı digər yük avtomobili arasında toqquşma baş vermiş, hadisə ilə bağlı həmin tarixdə Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı mülkiyyətində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, Volvo markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilə və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ümümilikdə 24265,00 manat dəyərində (dəyişilməli hissələrin qiyməti 23065,00 manat, təmir-bərpa işlərinin qiyməti 1200,00 manat olmaqla) zərər dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının; İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.2.6-cı maddəsinə əsasən Başqa şəxsə zərər vurulması Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 24.265 (iyirmi dörd min iki yüz altmış beş) manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin hissədə təmin edilməməlidir. İddiaçı mülkiyyətində olan sözügedən yük avtomobilini xarici ölkədən Azərbaycan Respublikasına gətirmək üçün X3 müvafiq etibarnamə və tapşırıq verdiyini, bunun üçün 379.22 ABŞ dolları dəyərində aviabilet aldığını bildirsə də, qeyd olunan tapşırığın verilməsi və icra olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162.80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Vurulmuş zərərin əvəzi olaraq 24265 (iyirmi dörd min iki yüz altmış beş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162.80 (bir yüz altmış iki səksən qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-509/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-509/2024
11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver