Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-51/2023 27.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17730 manat pulun və ödənilmiş 144 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, MMC-nin istifadəsində olan Kia Rio markalı, **-CB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük ödənişi 55 manat, ümumi isə 220 manat ödənilməsi şərtilə 4 gün müddətinə icarəyə verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə həmin avtomobil ilə qəza törədilmiş və nəqliyyat vasitəsinə küllü miqdarda zərər dəymişdir. Bununla bağlı Sabirabad Rayon Polis X4 araşdırma aparılmış sürücü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi və həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Nəticədə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən onun İddiaçı MMC qarşısnda 17766 manat borcu yaranmışdır. Qəza zamanı nəqliyyət vasitəsinə dəymiş zərər mütəxəssis tərəfindən 13230 manat dəyərində qiymətləndirilmiş, qəza zamanı nəqliyyat vasitəsinə dəymiş zərər nəticəsində nəqliyyat vasitəsi öz bazar dəyərini 4500 manat dəyərində itirmiş və 36 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də cavabdeh borcun ödənilməsinin təmin edilməsi barədə heç bir səy göstərməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Fərhad Məmmədov iddia tələbini qismən qəbul edərək, dəymiş ziyan məbləğinin miqdarı ilə razılaşmadığını bildirmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Sabirabad rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Məhəbbət Hümmətovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh məlumatı əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Sürücü Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabirabad RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Müstəqil ekspert Yaşar Şabanov tərəfindən iddiaçının sifarişi əsasında verilmiş Nəqliyyat vasitəsinin dəyərləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, material və ehtiyat hissələrinin dəyəri 9380 manat, nəqliyyat vasitəsinin təmir-xidmət işlərinin dəyəri 3850 manat dəyərindədir. Avtomobilin təmiri xərcləri cəmi 13230 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin iddiaçının sifarişi əsasında verdiyi xx.xx.2022-ci il tarixli Daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, qəza ilə əlaqədar “KİA RİO” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği xx.xx.2022-ci il tarixə 4500 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, 309-3381-1222 saylı məktubdan görünür ki, Kia Ria markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2013-cü il tarixdə DİN BDYPİ-nin Qİİ-də X6 adına rəsmiləşdirilmiş, xx.xx.2018-ci il tarixdə S.Əliyevin adından qeydiyyatdan çıxarılaraq alıq-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək ** CB *** dövlət qeydiyyat nişanı verilmiş, hal-hazırda Kifayət Abdullayevanın adına qeydiyyatdadır və etibarnamə ilə digər şəxs tərəfindən idarə olunmur. 17 avqust 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən ona məxsus olan “Kia Rio” minik markalı, ** CB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında 10 il müddətinə İddiaçı MMC-yə vermişdir. İddiaçı MMC-nin Minik Avtomobili üçün Yol Vərəqəsinin xx.xx.2022-ci il tarixli, 000150 saylı etibarnaməsindən görünür ki, “Kia Ria” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh sürücülük vəsiqəsi BD № 207420 nömrəli verildiyi tarixli xx.xx.2022-ci ildən xx.xx.2032-ci ildək etibarlıdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7598 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Əmlak Elsspert Mərkəzi”nin xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Rio” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10580,0 manat müəyyən edilir. “Kia Rio” markalı, 2013-cü il buraxılışı normalı vəziyyətdə saxlanılmış, istifadəyə yaralı avtomobilin hazırki orta bazar qiyməti təxminən 16000.0 manat müəyyən olunur. 2013-cü il buraxlışlı “Kia Rio” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% (1600.0 manat) aşağı olması istisna edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, MMC-nin istifadısində olan Kia Rio markalı **-CB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük ödənişi 55 manat, ümumi isə 220 manat ödənilməsi şərtilə 4 gün müddətinə icarəyə verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə həmin avtomobil ilə qəza törədilmiş və nəqliyyat vasitəsinə zərər dəymişdir. İddaçı cavabdehdən 13230 manat təmir bərpa xərcləri üçün, 4500 manat isə avtomobilin dəyərini itirilməsini, cəmi 17730 manat pulun tutulmasını xahiş etmiş, iş üzrə məhkəmə ekspertizası mərkəzinin verdiyi rəy əsasında təmir-bərpa xərclərinin 10580 manat avtomoblin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% (1600 manat) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəlləsinin 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Vurulmuş zərərin əvəzi olaraq 12180 (on iki min bir yüz səksən) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-51/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-51/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver