Məhkəmə qərarları › İş №2(039)-514/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-514/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-514/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən azyaşlı uşaqları 28.07.2014-cü il təvəllüdlü X11 və X7, 15.10.2017-ci ildə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 15.10.2013-cü ildə ailə qurmuş, 2017-ci ildə yaşı çatdığından nikaha daxil olmuşdur. Evlənən zaman onun 15 yaşı, yəni 15.10.2013-cü ildə toyları olmuş və onlar evlənmişlər. Bu münasibətlərdən 2014-cü il təvəllüdlü Leyla və Zəhra adında iki əkiz qızları, 2017-ci il təvəllüdlü İbrahim adlı oğlanları dünyaya gəlmişdir. Hər üç uşaq onun himayəsindədir. Aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə müvafiq olaraq hər uşaq üçün 100 manat aliment təyin edilmişdir. Göründüyü kimi məhkəmənin aliment ilə bağlı qətnaməsindən xeyli müddət keçmişdir. Müəyyən olunmuş aliment məbləği kifayət qədər azdır. Uşaqlarının saxlanılmasının minimumu belə təmin etmir. Cavabdeh avtomobil idarə edir. Geniş təsərrüfatı var. Hətta qazancı o həddədir ki, yeni ev belə almışdır. Ancaq uşaqlarına baxmır. Alimentin artırılması ilə bağlı şəxsə müraciətlər etmişdir. Uşağın saxlanılması üçün əlavə kömək edilməsini demişdir. Onlar bir evin içində yaşayırlar. Şəxs uşaqlarının hansı dərəcədə yaşadığını görsə belə bu işlərdə övladına heç bir halda kömək etmir. İddiaçı məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Sürət Hüseynov iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda heç yerdə işləmir, Məşğulluq Agentliyində qeydiyyata alınmışdır. Hər hansı digər gəliri yoxdur. Məhkəmə qərarı əsasında təyin edilmiş alimenti ödəmək iqtidarında belə deyil. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-1803/2020 №-li, 06 oktyabr 2020-ci il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh 06 oktyabr 2020-ci il tarixdən başlayaraq 28 iyul 2014-cü il təvəllüdlü X12, 28 iyul 2014-cü il təvəlüdlü X13 və 15 oktyabr 2017-ci il təvəllüdlü X5 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. X10 Hüquqi Şəxsin 20 saylı Ərazi Məşğulluq Filialı tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində Cavabdehla bağlı aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olunmasına dair iddiaçı mötəbər sübut təqdim etməsə də, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artması baxımından uşaqların mənafeyi nəzərə alınmalı və müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Lakin, məhkəmə, cavabdehin də maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində və hər ay hər bir uşaq üçün 120 manat həddində müəyyən edilməlidir. Mediasiya üçün ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə, ödənilməli olan (tələb illik 4,320 manat) 63.20 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1803/2020 №-li, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X2 28 iyul 2014-cü il təvəllüdlü X8, 28 iyul 2014-cü il təvəllüdlü X9 və 15 oktyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 62 (altmış iki) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdeh X2 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar