Məhkəmə qərarları › İş №2(039)-52/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-52/2022

25.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-52/2022 25.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Siyəzən-Broyler ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Siyəzən-Broyler ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Siyəzən-Broyler ASC-nin xeyrinə 13755 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Siyəzən-Broyler ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən- Broyler ASC Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük quşçuluq müəssisələrindən biridir. 24 iyul 2021-ci il tarixdə Cavabdeh məxsus və özünün idarə etdiyi Mercedes-Benz markalı Gürcüstan Respublikasına məxsus ZA 001 MR qeydiyyat nişanlı avtomobil ilə Siyəzən-Broyler ASC-nin mülkiyyətində olan sürücü X2 idarə etdiyi İsuz NPR 66 L5J markalı ** AC *** qeydiyyat nişanlı yük avtomobili Bakı Qazax dairəvi yolunun 5-ci kilometrliyində arxadan vurmuşdur. Zərbənin təsirindən İsuz NPR 66 L5J markalı ** AC *** qeydiyyat nişanlı yük avtomobili aşmışdır. Nəticədə avtomobilə və avtomobilin yük yerində olan toyuq əti məhsullarına maddi zərər dəymişdir. Cavabdeh inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 40 manat cərimə tətbiq olunmuşdur. Cavabdeh vurduğu zərər nəticəsində Siyəzən-Broyler ASC-nin mülkiyyətində olan İsuz NPR 66 L5J markalı ** AC *** qeydiyyat nişanlı yük avtomobilin kabinası, bortu-furqonu və soyuducusu tamamilə yararsız və istifadə olunmaz hala düşmüşdür. Cavabdeh ** AC *** qeydiyyat nişanlı yük avtomobilinə vurduğu zərərin məbləği 13555 manat təşkil edir. İddiaçı Siyəzən-Broyler ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izah etdi ki, inzibati xəta nəticəsində Siyəzən-Broyler ASC-nə ziyan vurmuşdur. Lakin ziyanın məbləği iddiaçı tərəfindən çox göstərilmişdir. Ziyanı hissə-hissə ödəyəcək. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 09 avqust 2021-ci il tarixli 2021-000369 saylı mediasiya arayışından məlum olur ki, Siyəzən-Broyler ASC ziyanın ödənilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən X4 MMC-nin 24 iyul 2021-ci il tarixli qüsur aktından məlum olur ki, Siyəzən-Broyler ASC-yə məxsus Dövlət qeydiyyat nişanlı **-AC-*** olan İsuzu NPR66L markalı avtomobili qəzaya düşmüşdür. Servisdə baxış zamanı avtomobilin tamamilə yararsız halda olduğu müəyyən olunmudur. Ehtiyat hissələrinin və təmir haqqı 3550 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən X4 MMC-nin 24 iyul 2021-ci il tarixli qüsur aktından məlum olur ki, Siyəzən-Broyler ASC-yə məxsus Dövlət qeydiyyat nişanlı **-AC-*** olan İsuzu NPR66L markalı avtomobilin bortuna baxış keçirilmişdir. Baxış zamanı avtomobilin bortunun və soyuducu cihazının tamamilə yararsız halda olduğu müəyyən olunmudur. Bort və soyuducu cihaz 10000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 06 sentyabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu, Hacıselli kəndində anadan olmuş, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(039)-2047/2021 saylı qərardadından məlum olur ki, iddiaçı Siyəzən-Broyler ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli 9/9588 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan X4 MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı İsuzu NPR66L markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3250 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(039)-52/2022 saylı qərardadından məlum olur ki, iddiaçı Siyəzən-Broyler ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli 9/3734 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan X4 MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı İsuzu NPR66L markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3350 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(039)-52/2022 saylı qərardadından məlum olur ki, iddiaçı Siyəzən-Broyler ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli 9/7012 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan X4 MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı İsuzu NPR66L markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13350 manat müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçıya məxsus avtomobillə cavabdehin idarə etdiyi avtomobil toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində inzibati qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 13555 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. İş üzrə alınmış ekspert rəyindən məlum olur ki, iddiaçıya məxsus avtomobilə 13350 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 13350 manat məbləğində pul və 200 manat mediasiya rüsumu Cavabdeh alınaraq iddiaçı Siyəzən-Broyler ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13350 manat dəymiş ziyan və 200 manat mediasiya rüsumu tutularaq iddiaçı Siyəzən-Broyler ASC-nin xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh cəmi 300 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar