Məhkəmə qərarları › İş №2(039)-527/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-527/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-527/2022 14.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 2500 manat məbləğin, hüquqi yardım üçün vəkil xidmətinə görə banka ödədiyi 101 manat məbləğin, nəqliyyat xərcləri üçün 250 manat məbləğin, mənəvi ziyana görə 200 manat məbləğin 52 manat dövlət rüsumunun cəmi 3103 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 2500 manat məbləğin, hüquqi yardım üçün vəkil xidmətinə görə banka ödədiyi 101 manat məbləğin və 52 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh iddiaçını aldadaraq onu işə düzəltmək adı ilə ondan 4000 manat pul almışdır. Lakin cavabdeh iddiaçıya onu işə düzəltmək vədinə əməl etməmişdir. İddiaçı pulun verilməyəcəyini anladıqda Yevlax RPŞ-nə şikayət etmişdir. Bu məqamda cavabdeh iddiaçıya həmin puldan 1500 manat qaytarmışdır. Lakin qalan 2500 manatı qaytarmaqdan imtina edir. Həmçinin iddiaçı cavabdehin qanunsuz hərəkələri ilə bağlı Yevlax RPŞ-nə gəlib-getməsi üçün 250 manat pul xərcləmişdir. Hüquqi yardım üçün 101 manat, dövlət rüsumu kimi 52 manat ödəmişdir. Bundan başqa da iddiaçı 200 manat mənəvi ziyan tələb edir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 sentyabr 2021-ci il tarixli mədaxil qəbzdən məlum olur ki, İddiaçı hüquqi yardım üçün 101 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin İB-nin HK-1/2154 saylı materialından məlum olur ki, İddiaçı Cavabdeh onu aldadaraq pulunun alınması barədə Yevlax RPŞ-nə müraciət etmişdir. Yevlax RPŞ-nin 05 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh iddiaçını aldadaraq onu işə düzəltmək adı ilə iddiaçıdan 4000 manat pul almışdır. İddiaçı Yevlax RPŞ-nə şikayət etmiş və cavabdeh həmin puldan 1500 manatını qaytarmışdır. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 2500 manat məbləğin, hüquqi yardım üçün vəkil xidmətinə görə banka ödədiyi 101 manat məbləğin və 52 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 2500 manat, hüquqi yardım üçün 101 manat və 52 manat dövlət rüsumu alınaraq ona İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 2500 manat, hüquqi yardım üçün 101 manat və 52 manat dövlət rüsumu alınaraq ona İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar