Məhkəmə qərarları › İş №2(039)-531/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-531/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-531/2022 28.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 3,720.62 manat borc və ödənilmiş 57.20 manat məbləğində dövlət rüsumunun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh 15 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bu, 30 yanvar 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamə ilə təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh öldükdən sonra məhkəməyə təqdim edildiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 3,720.62 manat borc və ödənilmiş 57.20 manat məbləğində dövlət rüsumunun ondan tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar