Məhkəmə qərarları › İş №2(039)-534/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-534/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-534/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, X2 Kredit Təşkilatı (BOKT) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi X1 iştirakı ilə Cavabdeh iştirakı ilə, İddiaçı BOKT “X3” MMC Cavabdeh qarşı borc tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Kreditor BOKT “X3” MMC-nin “Yevlax” filialı borclu Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 950 manat məbləğində əsas borcun, 145 manat kredit faizi, 95 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1,210 manat pul vəsaitinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, BOKT “X3” MMC-nin “Yevlax” filialı borclu Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli LD15177/00011 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə xx xxxxxxxx 2016-cı il tarixə qədər illik 36% dərəcəsini tətbiq etməklə 1,300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxxx 2016-cı il tarixinə BOKT “X3” MMC-yə olan borcunun məbləği kredit üzrə əsas borcu 950 manat, kredit faizləri üzrə 145 manat, cərimə faizləri üzrə 95 manat olmaqla, ümumi 1,190 manat məbləğində pul vəsaitinin alınması barədə məhkəmə əmri çıxarılması zəruridir. İddiaçı BOKT “X3” MMC-nin nümayəndəsi Ülvi Cumayev ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, həqiqətən qeyd edilən müqavilə üzrə BOKT “X3” MMC-dən 1,300 manat kredit kredit almışdır. Lakin, maddi çətinliklərlə üzləşmiş və bu səbəbdən borcu ödəyə bilməmişdir. İddianın əsas borc hissəsində tam təmin edilməsinə etiraz etmədiyini bildirərək, digər hissələrdə məbləğin azaldılmasını xahiş etmişdir. Həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Təqdim olunan BOKT “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli LD15177/00011 saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında Cavabdeh BOKT “X3” MMC-dən 15 ay müddətinə xx xxxxxxxx 2016-cı il tarixə qədər illik 36% dərəcəsini tətbiq etməklə 1,300 manat məbləğində kredit verilmiş və müqavilə üzrə ödəniş etməsini Cavabdeh öz üzərinə götürmüşdür. Maliyyə arayışında qeyd olunur ki, Cavabdeh xx xxxx 2015-ci il tarixli LD15177/00011 saylı kredit müqavilə üzrə ödənilməmiş 950 manat, kredit faizləri üzrə 145 manat, cərimə faizləri üzrə 95 manat olmaqla, ümumi 1,190 manat borcu vardır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, BOKT “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli LD15177/00011 saylı müqavilə əsasında sonuncuya 15 ay müddətinə, xx xxxxxxxx 2016-cı il tarixədək, illik 36% dərəcəsini tətbiq etməklə 1,300 manat kredit verilmiş, o, həmin kredit məbləğini hissə-hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh borcun düzgün hesablanmadığına dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, əsas və faiz borcu düzgün hesablanmış, cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh iddiaçının, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2015-ci il tarixli LD15177/00011 saylı kredit müqavilə üzrə 950 manat əsas, 145 manat faiz borcu, 95 manat cərimə, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,210 (bir min iki yüz on) manat BOKT “X3” MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan daha 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar