Məhkəmə qərarları › İş №2(039)-538/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-538/2022

01.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-538/2022 01.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «bağlanmış su yolunun açılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «bağlanmış su yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağlanmış, Yevlax rayonu, Rüstəmli kəndində RX ******* saylı, RX ******* saylı, RX ******* saylı, RX ******* saylı çıxarışlar əsasında onlara məxsus torpaq sahəsinə gedən su yolu açılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini və ödənilmiş ekspertiza xərcinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, onlar Yevlax rayonu, Rüstəmli kəndinə yaşayırlar. Həmin kənd ərazisində onlara və ailə üzvlərinizə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququna dair sənədləri qaydasındandır. Torpağı qanuni əsaslarla istifadə etməklərinə baxmayaraq, cavabdeh həmin torpaqlara illərdir gedən su yolunu qeyri qanuni olaraq bağlamışdır. Belə ki, su yolunu şumlayaraq orada əkin əkmişdir. Bu səbəbdən də onlar torpaqlarından əkinlərini sulaya bilmirlər. Əkin məhv olur. Dəfələrlə su yolunun açılmasını cavabdehdən tələb etsələr də, cavabdeh su yolunu açmaqdan imtina edir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 İddiaçı1 izahatına yuğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında izah etdi ki, onun 7.05 ha torpaq sahəsi vardır. Yerləri əskik gəldiyindən su yolunu bağlamışdır. Onun torpağının çatışmaya hissəsi verilsin o da su yolunu açacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin **********8 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı1 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 3.1956 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı2 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 1.1801 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı3 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 2.5109 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 3.10 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nən Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2022-ci il tarixli 04 saylı arayışından məlum olur ki, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus torpaq sahəsini suvarmaq üçün su arxından uzun müddətdi edirdilər. Həmin arx Cavabdeh tərəfindən əkilərək su arxı ləğv edilmişdir. Dəfələrlə rayon rəhbərliyi və icra nümayəndəliyi, kənd Bələdiyyəsinin sədrinin söhbətlərinə məhəl qoymur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı1 250 manat ekspertiza xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 05 aprel 2022-ci il tarixli M/03 saylı rəyindən görünür ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gedən su yolunun bir hissəsi Cavabdeh tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0.13 ha hissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların Yevlax rayonu, Rüstəmli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçılar cavabdehə qarşı torpaq sahəsinə gedən su yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gedən su yolunun bir hissəsi Cavabdeh tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0.13 ha hissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir. Ona görə də məhkəmə hesab edir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsi açılmalıdır. Cavabdehdən 250 manat ekspertiza xərci və 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun Cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsi açılsın. Cavabdeh 250 manat ekspertiza xərci və 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar