Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-54/2024 05.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Aqrarkredit’’ QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3,847.72 manat əsas borc, 1,627.15 manat faiz borcunun və ödənilmiş 74.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “"xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına seçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı cəmi 3,847.72 manat əsas borc, 1,627.15 manat faiz borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN- 108 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 22 %-lə 4,500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 22 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh1 iddiaçıya 3,847.72 manat əsas borc, 1,627.15 manat faiz borcu olmaqla, cəmi borcu 5,474.87 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçı QSC BOKT-un nümayəndəsi Pərvin İsrəfilov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2014cü il tarixli 1-xx.xx.2014-MİN 57 nömrəli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, sonuncuya, 18 ay müddətinə illik 22 %-lə 4,500 manat kredit verilmişdir. "xxxx" ASC-nin Mingəçevir filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 22 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 saylı zaminlik müqavilələri bağlanmışdır. Hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdən əsas borc üzrə gecikmələr başlamış, 26 avqust 2021-ci il tarixə 3,847.72 manat əsas, 1,627.15 manat faiz borcu var. Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü tarixli 9/609 nömrəli rəyində qeyd edilir ki, 22 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 nömrəli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixə 3,847.98 manat əsas, 1,041.73 manat faiz borcu, 05 iyul 2023-cü il tarixə 3,847.98 manat əsas borc, 7,139.28 manat faiz borcu təşkil edir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında ona 18 ay müddətinə illik 22 % ödəmək şərti ilə 4,500 manat kredit verilmiş və zaminlik müqavilələri əsasında Cavabdeh2 və Cavabdeh3 qeyd edilən kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımağı barədə üzərilərinə öhdəlik götürmüşlər. Lakin, cavabdehlər müqavilələr üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Həmin müqavilə üzrə tələb etmə hüququ qanunla müəyyən edilmiş qaydada İddiaçı QSC BOKT-a keçmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində Cavabdeh1 münasibətdə əsaslıdır, həmin məbləğ Cavabdeh1 tərəfindən də mübahisələndirilmədiyindən əsas borc ondan iddiaçı Bankın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Belə ki, mövcud sübutlar əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər lazımi qaydada edilməmiş və bununla da həmin dövrlərdə artıq borc yaranmışdır. Buna baxmayaraq ona münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında nəzərdə tutulmuş müddəalar tətbiq edilməmişdir. Halbuki, Cavabdeh1 ardıcıl olaraq öhdəliyi icra etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsi və borcun ödənilməsini tələb etməli idi. Lakin, müqavilə üzrə münasibətlər formal olaraq davam etdirilmiş, bu səbəbdən Fərmanın tələbləri cavabdehə münasibətdə tətbiq edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu hissəsində rədd edilməlidir. Borcun cavabdeh olan zaminlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, əsas öhdəliyin icrası müddəti 22 aprel 2016-cı il tarixdə bitsə də, iddiaçı 2023-cü ildə həm borc alana, həm də zaminlərə qarşı tələb irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti pozmuşdur. Mülki Məcəllənin 477.0.4. maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyündən, bununla da zaminliyə xitam verildiyindən iddia tələbi cavabdeh olan zaminlərə münasibətdə təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddia yalnız iddia tələbi həcmində əsas borcun tutulması hissəsində və Cavabdeh1 münasibətdə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilən tələbə mütənasib hissədə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 22 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 nömrəli kredit müqaviləsi üzrə 3,847.72 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 58.48 manat, ümumi 3,906 (üç min doqquz yüz altı) 20 (iyirmi) qəpik ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-54/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-54/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver