Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-544/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X2 və cavabdehin vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan VAZ markalı 21074 modelli **-CT-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il baurxılışlı, sedan tipli, ağ rəngli minik avtombilinin dəyəri olan 7000 manat pulun payına uyğun olaraq yarısının, yəni 3500 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilin dəyərinini yarısı kimi 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, cavabdehlə ailə qurmuşdur. Onların ümumi birgə nigahından iki övladları anadan olmuşdur. Aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Vaz 21074 markalı avtomobil əldə etmişlər. Həmin avtomobildə 1/2 hissədə onun payı müəyyən edilmişdir. Hazırda həmin avtomobili naturada bölmək mümkün olmadığından və həmin avtomobil cavabdeh tərəfindən satıldığından cavabdehdən avtomobilin dəyərinin yarısı kimi 2000 manat pul tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, həmin VAZ 2107 markalı avtomobilin yarı dəyəri olaraq 2000 manat pulun İddiaçı verilməsinə razıdır. Cavabdeh vəkili X7 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC-nin 18 sentyabr 2020-ci il tarixli ƏQ-131/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh məxsus VAZ markalı 21074 modelli **-CT-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı, sedan tipli, ağ rəngli minik avtomobilinin saz vəziyyətdə münaqişə yanaşması ilə 18 sentyabr 2020-ci il tarixə real bazar dəyəri 7000 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(039)-1878/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə X3 birgə nikah dövründə əldə edilmiş VAZ markalı 21074 modelli **-CT-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı, sedan tipli, ağ rəngli minik avtomoilndə avtomobilin üzərində ikidə bir hissədə X3 payı, ikidə bir hissəsində Cavabdeh payı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 oktyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh VAZ markalı 21074 modelli **-CT-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı, minik avtomobili 1700 manata X1. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikah qeydindən keçməklə evlənmişlər. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Birgə nikah dövründə VZ 21074 markalı avtomobil almışlar. Məhkəmə qətnaməsi ilə tərəflərin həmin avtomobildə 1/2 hissədə payları müəyyən edilmişdir. Cavabdeh avtomobili satmışdır. İddiaçı avtomobilin dəyərinin yarısı kimi cavadehdən 2000 manat pul tələb edir. Cavadeh iddianı qəbul edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görəərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən maddələrin məzmunundan aydın olduğu kimi hər hansı əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün həmin əmlakın təkcə xronoloji-tarixi baxımdan birgə nikah dövründə əldə edilməsi yetərli deyil. Bunun üçün həmin əmlakı mütləq qaydada, həm də tərəflərin birgəəldə etmələri, yəni birgə qazancı hesabına əldə etmələri vacib şərtdir. Yəni bu iki şərtin olması, həm də eyni vaxtda mövcud olması tələb olunur. Qeyd olunanlardan göründüyü kimi sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçı ilə birgə nikahda olduğu, birgə yaşadığı dövrdə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. (220.4 və 220.6-cı maddələr) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər iki tərəfin payı müəyyən edildiyi halda belə, avtomobil təyinatına görə ancaq bir nəfər tərəfindən idarə olunmalı olduğundan və təyinatına görə bölünməz olduğundan, nəticədə tərəfləri avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında onların paylarına uyğun bölünməsi perspektivi (nəticəsi) gözlədiyindən məhkəmə tərəfindən tərəflərin birgə yaşadığı dövrdə (birgə nikah dövründə) ödənilən vəsaitin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh avtomobilin yarı dəyəri olan 2000 manat pul alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-544/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-544/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver