Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-55/2021 04.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra mətndə Birlik) Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 8113,40 manatın və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq Birliyin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Birlik tərəfindən respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi, istehlakçıların fasiləsiz, sabit və təhlükəsiz rejimdə təbii qazla təmin edilməsi, qazpaylayıcı şəbəkənin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Lakin baş vermiş avtomobil və digər qəzalar zamanı Birliyin balansındakı qaz kəmərlərinin zədələnməsi halları olur ki, bu da istehlakçıların fasiləsiz, sabit və təhlükəsiz rejimdə təbii qazla təmin edilməsində ciddi problemlərə gətirib çıxarır və nəticədə Birliyə külli miqdarda ziyan dəyir. Belə ki, 05.12.2019-cu il tarixdə saat 22:05 radələrində Yevlax rayonu Yuxarı Bucaq kəndində Cavabdeh idarə etdiyi “GREA” markalı, ** CA *** dövlət nömrə nişanlı avtomobillə idarə etməni itirərək X5 Qaz İstismar İdarəsinin balasında olan orta təzyiqli PE-315 mm-lik qaz xəttini 325/315 mm-lik keçidinin polietlien əyməsini zədələmiş və nəticədə saat 22:05dən 22:55-dək təbii qaz havaya axmışdır. Baş vermiş qəza nəticəsində X5 Qaz İstismar İdarəsinə 8313,40 manat dəyərində ziyan dəymişdir, Yevlax rayonu Yuxarı Bucaq kəndində Cavabdeh törətdiyi qəza ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat hadisələrinə dair İşlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış və İddiaçı Tərtər X6 İdarəsinə dəymiş ziyan faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçı Birliyin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında təqsirli olduğunu, lakin ziyanın çox hesablandığını bildirərək, məhkəmədən iddianın qismən təmin edilməsini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X3 “sübutların qiymətləndirilməsi və cinayət işinə xitam verilməsi haqqında” 07 fevral 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Hadisə yerində olan zədələnmiş qaz borusuna dəymiş zərər barədə İddiaçı İB-nə məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş “Qaz kəmərinin zədələnməsi zamanı qaz itkisinin hesablanmasına” dair qüsur aktı ilə müəyyən olunur ki, baş vermiş yol nəqliyyatı hadisəsi zamanı itirilmiş qazın dəyəri 8313,70 manatdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli, 9/2048 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən tərtib edilmiş “Qaz kəmərinin zədələnməsi zamanı qaz itkisinin hesablanmasına” dair qüsur aktına əsasən baş vermiş qəza nəticəsində ümumi qaz itkisi 83134,4 m3 olmaqla itirilmiş qazın dəyəri 8313,70 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli, 9/2048 saylı saylı rəyinə əsaslanaraq hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi kimi 8313,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Maddi zərərin əvəzi olaraq 8313 (səkkiz min üç yüz on üç) manat 40 (qırx) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-55/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-55/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver