Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-550/2020 10.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Cavabdeh Tanrıverdi oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında MÜƏYYƏN ETDİ: İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Cavabdeh Tanrıverdi oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclasıxx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 Cavabdeh Tanrıverdi oğlunun xx xxxxxx 2019-cu il tarixdə öldüyünü bildirmiş və ölüm haqqında tibbi şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə verilmişdir. Cavabdeh isə iddia ərizəsi verilməmişdən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Məhkəməyə daxil olan zaman cavabdeh artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 261.0.7-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Cavabdeh Tanrıverdi oğluna qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-550/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-550/2020
10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver