Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-550/2021 11.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdehlər Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Zənfira Məmmədovaya, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 3,479.37 manat əsas, 96.29 manat faiz borcu və 0.41 manat cərimə borcu olmaqla, cəmi 3,576.07 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin və 0.40 manat həcmində bank xərcinin tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 18053 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 3,479.37 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 18053 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3479.37 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3,479.37 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 18053 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3la bağlanmış eyni tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 18053 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə borc yaranmışdır. İddiaçı “BOKT “xxxx” MMC-nin nümayəndəsi Namiq Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianı etiraf edərək bildirmişdir ki, anası Cavabdeh1 tərəfindən müqavilə əsasında kredit götürülmüş, bu müqavilə əsasında borc yaranmışdır. Sonradan xx xxxxxx 2019-cu il tarixdə MMC ilə Cavabdeh1 arasında kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, o, və qardaşı Cavabdeh3 zamin olaraq üzərilərinə öhdəlik götürmüşlər. Müəyyən çətinliklərlə əlaqədar yenidən borcun ödənilməsində gecikmələr olmuş və borc yaranmışdır. Tələb edilən borc düzgün hesablanmışdır. Bu borcu gələcəkdə hissə-hissə ödəyəcəklər. Digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı vardır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan xx.xx.2019-cu il tarixli 18053 saylı kredit (restrukturizasiya) müqaviləsi ilə təsd borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 3,479.37 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müavilələri ilə Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə görə öməsuliyyəti öz üzərilərinə götürmüşlər. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 3,479.37 manat əsas borc, 96,29 manat faiz borcu, 0,41 manat cərimə olmaqla, cəmi 3,576.07 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və cavabdehlər yaranmış borca görə müştərək məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının həmin müqavilə üzrə yaranmış borcu və müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır. Eyni zamanda hesablanmış cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3,479.37 manat əsas, 96.29 manat faiz borcu və 0.41 manat cərimə, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3,606 (üç min altı yüz altı) manat 47 (qırx yeddi) qəpik iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-550/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-550/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver