Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-556/2021 14.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 8223,50 manat əsas borc, 625,64 manat faiz borcu olmaqla ümumilikdə 8849,14 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub İddiaçı QSCnin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2015ci il tarixli, 329-xx.xx.2015-SM8 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 12500 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 329-xx.xx.2015-SM8 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit alan bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehlərin banka hazırda 8223,50 manat əsas borcu, 625,64 manat faiz borcu olmaqla ümumilikdə 8849,14 manat borcu yaranmışdır. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçının nümayəndəsi Süleyman Bəkirov teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi Cavabdeh1 çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu ərazi nümayəndəliyinə məktub ünvanlanmış, məktuba cavab olaraq bildirilmişdir ki, cavabdeh Bakı şəhərində yaşadığı üçün məhkəmə bildirişini ona çatdırmaq mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan, 329-xx.xx.2015-SM8 №-li, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Səbail filialı tərəfindən Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 12500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 329-xx.xx.2015-SM8 №-li, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 borcu-8223,50 manat əsas borc, faiz borcu 625,64 manat olmaqla ümumilikdə 8849,14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 Banka cəmi 8849,14 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb- Cavabdeh1 8223,50 manat əsas borc, 625,64 manat faiz borcu olmaqla ümumilikdə 8849,14 manat kredit borcunun tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 8223,50 manat əsas borc, 625,64 manat faiz borcu olmaqla ümumilikdə 8849,14 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-556/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-556/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver