Məhkəmə qərarları › İş №2(039)-565/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-565/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-565/2023 31.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və ziyan tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2527 manat məbləğində pulun və ödənilmiş 41 manat dövlət rüsumu tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı cavabdehdən sonuncunun ona olan 500 manat borcun, keyfiyyətsiz təmir işlərinə görə əlavə çəkdiyi 1527 manat xərcin və 500 manat mənəvi ziyanın cəmi 2527 manat pulun Cavabdeh tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ev təmiri ustası kimi tanımışdır. Belə ki, Vüqar adlı bir usta 2020-ci ilin noyabr ayında ona məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən evin həyətində təmir işləri görmüş, sonuncu dəfə 05 fevral 2021-ci il tarixdə evində olmuş, sonra isə gördüyü işləri yarımçıq qoyaraq çıxıb getmişdir. Onun işə gəlməməsi ilə maraqlandıqda isə Çeçenstana getdiyini bildirdilər. O, qayıdanda gəlib, yarımçıq qoyduğu və keyfiyyətsiz işlədiyi işlərini görəcəyini bildirmişdir. Cavabdeh isə evində işlədiyi müddətdə ona hissə-hissə cəmi 6000 manat pul vermişdir. Halbuki işlədiyi müddətdə gördüyü işin dəyəri razılaşmalarına əsasən 5500 manat təşkil edir. Ancaq ona pul ehtiyac olduğunu bildirib, ondan 6000 manat pulu işləri axıracan yerinə yetirəcəyi adı ilə almışdır. Cavabdeh işlədiyi müddətdə gördüyü işlərin əksəriyyətini keyfiyyətsiz gördüyündən aralarında narazılıq yaranmış, buna görə mübahisələri Yevlax rayon Polis şöbəsinə şikayəti ilə nəticələnmişdir. Cavabdeh 6000 manat pul verdiyi və gördüyü işlərin keyfiyyətsiz olması nəticəsində ona ziyan dəyməsi mobil telefonla yazışmalarında öz əksini tapmış və bu barədə sübutlarını da idia ərizəsinə əlavə edir. İşlər yarımçıq qaldığından başqa usta gətirdib, təmir işlərini davam etdirmək məcburiyyətində qalmış, buna görə 1527 manat əlavə xərc çəkmişdir. Keçirdiyi stress nəticəsində səhətində ciddi problemlər yaranmış, dəfələrlə müalicə almış, hazırda müalicəsi davam edir. Cavabdehin ona vurduğu maddi və mənəvi ziyanın cəmi dəyərini 2000 manat qiymətləndirir. Bundan başqa da cavabdehin ondan əlavə aldığı 500 manat pulunu da tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, məhkəməyə təqdim etdiyi ərizəsində Cavabdeh evində gördüyü təmir işləri - 1) Evin fasadına kafel və aqlay vurulması; 2) Hamam binasının tikilərək fasadının kafellənməsi; 3) Həyətinin barılarına kafel vurulmasından ibarət olmuş, lakin Məhərrəmin gördüyü işlərdən sonra sonuncunun vurduğu kafellər qabarıb, aqlaylar isə çatlayaraq tökülmüş, evindəki pencərələrin üst hissəsində kafellə aqlay birləşdirilmədiyindən hamısı aralanmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmədiyini, əksinə İddiaçı ona borcu qalmışdır. Belə ki, iddiaçının evini təmir etmiş, aqlay vurmuş, həmçinin iddiaçı ona razılaşmalarından əlavə olan işlər də gördürmüşdür. Gördüyü işlərin əvəzi olaraq ona ödəməli olduğu 450 manat məbləğində pulu da verməmiş, habelə onun evində istifadə etdiyi və öz cibindən alıdığı 50 manat dəyərində lakın pulunu da iddiaçı qaytarmamışdır. O, dəfələrlə İddiaçı qapısına gedərək pulunu tələb etsə də nəticəsi olmamışdır. İddiaçının ona qarşı pul və ziyan tələbi barədə iddiası əsasız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX ******* №li, xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında 5 mərtəbəli binanın 89.95 (m2) ümumi sahəsi, 62.63 (m2) yaşayış sahəsi 27.32 (m2) 5 saylı yaşayış otaqlarının mənzil tam mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlak dövlət reyestrində 11 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4245 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin üzərinə vurulmuş metlax və aqlay daşlarının bir hissəsinin çatlamış vəziyyətdə olduğu, divara vurulmuş metlax materiallarının bir hissəsinin qeyri-bərabər vurulduğu, bəzilərinin çatlamış və qopmuş vəziyyətdə olduğu və həyətyanı torpaq sahəsinin döşəməsinə vurulmuş tamet materialının bir hissəsinin qeyri-bərabər vurulduğu və qopduğu müəyyən edilmişdir. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin üzərində və həyətində aparılmış təmir-tikinti və yenidən qurma işlər nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1015 manat məbləğində müəyyən olunmuşdur. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində sonradan əlavə təmir-tikinti işləri aparıldığından, əvvəllər görülmüş təmit-tikinti işlərinə nə qədər material sərf olunduğunu və həmin materialların dəyərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh iddiaçının evində müəyyən təmir işləri aparsa da onun gördüyü işlər keyfiyyətsiz və yarımçıq olduğundan İnarə Abbasovun müraciəti əsasında onun həyətində yenidən təmir işləri aparmış və bunun müqabilində iddiaçıdan 1050 məbləğində pul almışdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisinin nəvəsi olmaqla qohumudur, Məhərrəm iddiaçının evində müəyyən təmir işləri aparsa da onun gördüyü işlər keyfiyyətsiz və yarımçıq olduğundan İnarə Abbasovun müraciəti əsasında onun evində yenidən təmir işləri apararaq kafelləri və aqlayları yenidən düzəltmişdir. İnarə həmin işlərin tamamlanması üçün əlavə olaraq təxmini 487 manat dəyərində yeni tikinti materialları almışdır. Bundan başqa o bildirmişdir ki, Məhərrəmin alaraq iddiaçının evində istifadə etdiyi lakın pulu olan 50 manatı İnarə ona qaytarmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı, iş materialları, tərəflərin və şahid ifadələri, habelə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4245 saylı saylı rəyi əsasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçının evində görülmüş təmir işləri (sözügedən işlərin cavabdeh tərəfindən görülməsi onun məhkəməyə ünvanladığı etirazda da etiraf olunur) həqiqətəndə keyfiyyətsiz olmuş, iddiaçı həmin nöqsanların aradan qaldırılması üçün yenidən 1527 manat məbləğində xərc çəkmişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi kimi 1527 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdehin ona 500 manat borcu olması, həmçinin sonuncu tərəfindən ona 500 manat məbləğində mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları subuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının evində gördüyü işlərin əvəzi olaraq sonuncunun ona ödəməli olduğu 450 manat məbləğində, habelə iddiaçının evində istifadə etdiyi və öz cibindən alıdığı 50 manat dəyərində lakın pulunun İddiaçı tərəfindən verilməməsini bildirsə də barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 35.27 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Dəymiş maddi zərərin əvəzi olaraq 1527 (bir min beş yüz iyirmi yeddi) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar