Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-567/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızının iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızına qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 5957.70 manat borcun və ödənilmiş 63.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızı xx.xx.2015-ci il tarixdən elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00230 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-ci il tarixinə istifadə istifadə etmiş, xx.xx.2016-cı il tarixindən hal-hazırda kimi isə M550 tipli zavod nömrəsi 18932939 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixinə 3019.18 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən xx.xx.2021-ci il tarixinə kimi N.Cəlilovanın yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 4863,95 manat təşkil edən 69485 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. xx.xx.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 3526,70 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Cavabdehin yaşadığı ünvana 14 yanvar 2021-ci il tarixli, 45 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaranmış olduğu 3395.72 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks tədbirdə borcun ödənilməsi tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbardarlıq edilmişdir. Cavabdehin 26.01.21-ci il tarixdə onun ünvanlanmış Pretenziyanı şəxsən alınması baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh tərəfindən 2017-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayına kimi olan dövürdə dəyəri 6132.45 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Onun Yevlax EŞ-nin Proqram bazasında qeydiyyatda olan **********00230 saylı istehlakçı kodu üzrə hesabına dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş “limitə” (ailə üzvlərinin sayına görə) uyğun olaraq 2394 manat məbləğində ödəniş edilmişdir. Limitdən artıq istehlak edilmiş 2471.88 manat məbləğində elektrik enerjisi nəzərə alınmaqla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə 5957.70 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızı izahatında bildirmişdir ki, maddi imkanları olmadığı üçün yaranmış borcu ödəmək imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Abunə kodu **********00230 olan Abunə haqqında sənəddən görünür ki, cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızının Yevlax rayonu Kövər kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 5957.70 manat borcu vardır. "xxxx" ASC-nin Pretenziya məktubdan görünür ki, Mustafayeva (Cəlilova) X2 "xxxx" ASC-yə 14.011.2022-ci il tarixə 3395.72 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 5957,70 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızından 5957,70 manat məbləğində borc və 63.40 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5957 ( beş min doqquz yüz əlli) manat 70 (yetmiş) qəpik məbləğində borc və 63 (altmış üç) manat 40 (qırx) pəpik ödənilmiş dövlət rüsumu cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızından "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-567/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-567/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver