Məhkəmə qərarları › İş №2(039)-567/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-567/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-567/2024 07.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 9000 (doqquz min) manat məbləğin və iddia tələbi ilə əlaqədar banka ödədiyi 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə heyvandarlıqla məşğul olur. Payız və qış mövsümündə Aran rayonlarından icarəyə torpaq sahəsi alıb heyvan saxlayır. 2023-cü ilin payız ayında yəni oktyabr ayında özünə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün Yevlax rayonu Qoyunbinəsi kənd sakini X2 həmin kəndin ərazisində yerləşən 10 hektar torpaq sahəsini 1 illik icarəyə götürmüşdür. İcarə haqqı kimi 9000 manat pul vermişdir. O, həmin torpaq sahəsini icarəyə götürərkən orada yonca bitkisi olmuşdur. İcarəyə götürməkdə məqsədi heyvanlarını həmin yonca sahəsində yaza qədər otarmaq idi. Lakin torpaq sahəsinin qonşuluğunda ferması olan sözügedən kənd sakini Camal adlı şəxs buna imkan vermir. Belə ki, icarəyə götürdüyü torpaq sahəsinin yaxınlığında Camal adlı şəxsin ferması vardır. Camal həmin fermada xırdabuynuzlu heyvanlar saxlayır. Bu olanlara qədər onun Camal adlı şəxslə heç bir narazılığı olmamışdır. Lakin noyabr ayından yonca sahəsinin kiminsə tərəfindən otarıldığını aşkar etmiş, lakin buna baxmayaraq əlində sübut olmadığı üçün heç kimi ittiham edə bilməmişdir. Ancaq Camalın onun icarəyə aldığı torpaq sahəsinə heyvan salıb otarmasından şübhələnmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində oğlu Rasim Hüseynov icarəyə götürdükləri torpaq sahəsinə baxmağa gedərkən Camalın özünə məxsus heyvanları onun icarəsində olan yonca sahəsinə saldığını görmüşdür və onun telefon vasitəsi ilə videosunu çəkmişdir. Həmin vaxt Rasim Camala yaxınlaşıb etdiyi qanunsuz hərəkətə görə iradını bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermişdir. Lakin o, həmin mübahisədə iştirak etməmişdir. Oğlu Rasim bu barədə video görüntünü göstərərək yonca sahəsinin Cavabdeh tərəfindən tamamilə otarıldığını həmcinin Cavabdeh onu və yeznəsi Niyaməddin Dadaşovu döydüyünü bildirmişdir. Buna görə də, yonca sahəsinə gedib baxmış və həmin vaxt yonca sahəsinin xırdabuynuzlu heyvanlar tərəfindən otarıldığını aşkar etmişdir. Bundan sonra narazılıq olmaması və barışıq olması üçün dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Lakin həmin hadisədən sonra da Camalın yonca sahəsinə qoyun salıb otardığını aşkar etmişdir. Bundan sonra məcbur qalıb polis şöbəsinə müraciət etmişdir. Hazırda isə icarəyə götürdüyü yonca sahəsini Cavabdeh tamamilə otarıb məhv etmişdir. Camalın bu qanunsuz hərəkətləri nəticəsində ona 9000 manatdan artıq maddi ziyan vurulmuşdur Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı sözügedən ərazidə cavabdehin neçə gün ərzində və neçə baş xırda və ya iribuynuzlu hevan otarması ilə bağlı məhkəmənin suallarını cavablandıra bilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Yevlax rayon rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Səddam Əsgərovun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10, X6 və Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən X7, X3 və Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə şöbənin X4 göndərilmiş, X8 dəymiş maddi ziyan mülki mübahisənin predmeti olduğuna görə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olunması X8 izah edilməsi qərara almışdır. Torpaq İcarə müqaviləsindən görünür ki, icarəyə verən X1 rayonu Qoyunbinəsi kənd ərazisində ona məxsus olan (çıxarış № 129 ilə 5.7488 hektar, № ******* ilə 2.0309 hektar, № ******* ilə 0.5109 hektar, № ******* ilə 1.5203 hektar) 9.8109 (doqquz hektar 81 sot) hektar torpaq sahələrini müqavilə əsasında 01 oktyabr 2023-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixdək yəni bir il müddətinə İddiaçı icarəyə verir və bunun müqabilində 6000 manat məbləğində pul alır. İcarəçi İddiaçı icarəyə götürdüyü torpağın müqabilində icarəyə verən şəxsə 6000 manat məbləğində pul ödəyir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Daşkəsən rayonu, Təzəkənd kəndində yaşayır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X14 Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Yevlax rayonu Ərazisində “Yonca” bitkisinin orta məhsuldarlıq göstəricisinə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş yonca bitkisindən 1 (bir) təsərrüfat ili ərzində təxmini hesablamalara görə 6000 (altı min) ədəd ot kipi əldə etmək mümkündür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd yonca bağının orta bazar qiyməti 4,5 manatdır. Rəyin xərci 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, ekspert qarşısında qoyulan suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparılmadı. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı 2023-cü ilin oktyabr ayında X2 Yevlax rayonu Qoyunbinəsi kənd ərazisində yerləşən 9.8109 (doqquz hektar 81 sot) hektar torpaq sahələrini müqavilə əsasında 01 bir il müddətinə icarəyə götürmüş, həmin sahə ilə qonşuluqda təsərrüfatı olan Cavabdeh isə həmin ilin noyabr ayının 20-də heç bir qanuni əsas olmadan iddiaçının istifadəsində olan torpaq sahəsində özünə məxsus xırdabuynuzlu heyvanlarını otararaq iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin müəyyən edilmişdir ki, 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş yonca bitkisindən 1 (bir) təsərrüfat ili ərzində 6000 (altı min) ədəd ot kipi əldə edilməsi mümkündür və həmin ot kipinin bir ədədinin qiyməti 4,5 (dörd manat əlli qəpik) manat təşkil edir. Beləliklə müəyyən edilir ki, 1 təqvim ilində yəni 365 gün ərzində mübahisəli torpaq sahələrindən 6000 ədəd ot kipi əldə olunduğu halda, bu 1 gün üçün 16 ədəd ot kipi təşkil edir ki, həmin 16 ədəd ot kipinin bazar qiyməti də 72 manat (1 ədədi 4,5 manat dəyərində hesablanmaqla) dəyərləndirilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 72 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi iddia qismən təmin edildiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Mütəxəssis rəyinin dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (Müxbir Hesab: AZ 37 NABZ **********000001944, benefiserin hesabı AZ58HB10400G**********160) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 72 (yetmiş iki) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (Müxbir Hesab: AZ37 NABZ **********000001944, benefiserin hesabı AZ58HB10400G**********160) köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar