Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-570/2021 14.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT “xxxx” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 843,56 manat, faiz borcu üzrə 15,97 manat borcu olmaqla, cəmi 859,53 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC ilə borcalan Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixində bağlanmış YevRest-62 saylı kredit (restrukturizasiya) müqaviləsinə (bundan sonra “kredit müqaviləsi” adlanacaq) əsasən borclunun illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, cəmi 905,85 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə möhlət müddəti ərzində hər ay orta hesabla 0.75 qəpik, möhlət müddəti bitdikdən sonra 19,26 və sonununcu ödənişi isə 19,24 manat olmaqla, cəmi 933,46 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər 62,29 əsas və 11,64 faiz borcu olmaqla cəmi 73,93 manat ödəniş etmişdir. Həmin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Belə ki, xx xxxxxx 2021ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borcluların bu günə əsas borc üzrə 843,56 manat, faiz borcu üzrə 15,97 manat borcu olmaqla, cəmi 859,53 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixində bağlanmış YevRest-62 №li kredit müqaviləsindən görünür ki, BOKT “xxxx” MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik 1 faiz ödəmək şərti ilə 12 ay müddətinə 905,85 manat məbləğində kredit verilmişdir. Borcalan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixli, YevRest-62 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT “xxxx” MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ZMYevRrst- 62-1 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan BOKT “xxxx” MMC-nin “Yevlax” filialı tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 843,56 manat, faiz borcu 15,97 manat olmaqla, cəmi 859,53 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya əsas borc üzrə 843,56 manat, faiz borcu üzrə 15,97 manat olmaqla, cəmi 859,53 manat cərimə borcu ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə əsas borc üzrə 843,56 manat, faiz borcu üzrə 15,97 manat olmaqla, cəmi 859,53 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 843,56 manat, faiz borcu üzrə 15,97 manat olmaqla, cəmi 859 (səkkiz yüz əlli doqquz) manat 53 (əlli üç) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı Bank Olmayan Kredit İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-570/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-570/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver