Məhkəmə qərarları › İş №2(039)-576/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-576/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-576/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT “X2” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, BOKT “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 685 manat, xx xxxxxx 2018-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 153,52 manat, cərimə üzrə 68,50 manat olmaqla ümumilikdə 907,02 manat və dövlət rüsumu kimi ödənilməmiş 30 manat pul vəsatətinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT “X2” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X2” MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxxxx 2018-ci il tarixə qədər illik 25% dərəcəsini tətbiq etməklə 1195 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin şərtini pozaraq ödənişi dövrü olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəniliyi vaxtında və lazımı qaydada icra etməmişdir Cavabdeh1 öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ü.Cumayev iddi tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar həll edilməsi barədə iddiaçı tərəfindən danışıqlar aparıldığı göstərsə də, iddiaçı bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəməərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar