Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-576/2024 13.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor "xxxx" MMC borclular Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə əsas borcu 1336 manat, 240 manat faiz borcu, 172 manat cərimə borcu olmaqla, cəmi borcu 1748 manat və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 1768 manat pul vəsatinin tutulmasına dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclulardan Cavabdeh2 ilə "xxxx" MMC arasında 29.092014-cü il tarixli, 173/14-B saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh2 12 ay müddətinə, illik 48 faiz ödəmək şərti ilə 2000 manat kredit verilmişdir, kredit öhdəliyinin təminatı olaraq digər borclu X1 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləsinin şərtlərinə görə Cavabdeh2 ilə "xxxx" MMC-nə hər ay 166 manat əsas borcdan və azalan məbləğlə faiz borcundan ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 və Cavabdeh1 kreditora bu günə olan əsas borcu 1336 manat, 240 manat faiz borcu, 172 manat cərimə borcu olmaqla, cəmi borcu 1748 manat təşkil edir. Yevlax Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda hal hazırda Yevlax şəhəri Xəqani küçəsi 20 saylı ünvanında Cavabdeh2 adlı vətəndaş yaşamadığına görə məhkəmə bildirişini ona çatdırmaq mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2014-cü il tarixli, 173/14-B №li kredit müqaviləsindən görünür ki, "xxxx" MMCnin tərəfindən borclu Cavabdeh2 illik 48 faiz ödəmək şərti ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən təyinatı üzrə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2014-cü il tarixli, 173/14-B №li kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 ödənilməmiş 1336 manat, 240 manat faiz borcu, 172 manat cərimə borcu olmaqla, cəmi borcu 1748 manat məbləğində borcu var. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ödənilməmiş əsas borcu 1336 manat, 240 manat faiz borcu olmaqla, cəmi borcu 1576 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 1576 manat borcu ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlərdən əsas borcu 1336 manat, 240 manat faiz borcu olmaqla, cəmi borcu 1576 manat borcun tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlərə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehlərdən Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, 173/14-B saylı kredit müqaviləsi üzrə əsas borcu 1336 manat, 240 manat faiz borcu olmaqla, cəmi borcu 1576 (bir min beş yüz yetmiş altı) manat habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-576/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-576/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver