Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-58/2022 13.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Qürbət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Qürbət oğluna qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10,050 manat pulun və 30.40 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 2020-ci ildə az bir müddətə qaytarmaq şərti ilə pula ehtiyacı olduğu üçün müxtəlif vaxtlarda üç dəfəyə 8,500, 1,000 və 550 manat olmaqla cəmi 10,050 manat məbləğində borc pul vermişdir. Cavabdehin öz imzası ilə təsdiq etdiyi qəbzləri iddia ərizəsinə əlavə edir. Lakin sonradan dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdeh olan borcunu qaytarmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Zaur Bərxudarov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun tərəfindən təqdim edilmiş bütün qəbzlərdə olan imzalar cavabdeh tərəfindən şəxsən icra edilmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəllər bir neçə dəfə İddiaçı müraciət edərək borc olaraq pul götürmüş, həmin borcu müəyyən edilmiş faizi ilə birlikdə qaytarmışdır. Təqdim edilmiş qəbzlərdən yalnız 550 manat borc pulun verilməsinə dair qəbzi şəxsən imzalamışdır. Digər, 8,500 manata, habelə 1,000 manata dair olan qəbzlərdəki imza onun tərəfindən icra edilməmişdir. Təqdim edilmiş 16 dekabr 2018-ci il tarixli qəbzdə qeyd edilir ki, “Mən Cavabdeh Qürvət oğlu X2 1,000 man borc pul aldım, min manat borc aldım borcumu 3 ay müddətinə qaytaracam”. Digər qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh Qürbət oğlu İddiaçı 8,500 manat (səkkiz min beş yüz) pul borc aldım. Bir ay müddətinə qaytaracam. Daha bir qəbzdə qeyd edilir ki, “Mən Cavabdeh Qürbət oğlu İddiaçı beş yüz əlli manat borc pul aldım və bu borcumu 1 ay müddətinə qaytaracam. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 4/1645 nömrəli ekspertiza rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, mülki işin 24-cü vərəqində üzərində “X7 Elçin Qürbət oğlu İddiaçı 8,500 manat (səkkiz min beş yüz) pul borc aldım, bir ay müddətinə qaytaracam imza ....Cavabdeh” yazıları olan qəbzin yuxarı hissəsində “Qəbz” yazısının ön və arxa tərəflərindəki, aşağı hissədə “İmza” yazısı qarşısındakı imzalar; 26-cı vərəqində üzərində “Мəн Jycибов Елчин Гурвэт оглу Mycajeв Ламан Əлиз гыз 1000 ман борч пул аддым борчуму 3 aj мудəтинə гаутарачам 16.12.2018 Yусибов Елчин Кəчиси Инаjət yazıb bu xəti ..... *** *** ** **” yazıları olan qəbzdə “гаутарачам” yazısının qarşısındakı,16.12.2018” rəqəmlərin qarşısındakı, “Yусибов Елчин” yazısının aşağı tərəfindəki imzalar – Cavabdeh Qürbət oğlu tərəfindən icra olunmuşdur. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan üç dəfə, müvafiq olaraq 8,500, 1,000 və 550 manat məbləğində borc pul alaraq hər dəfə buna dair qəbz imzalamaqla iddiaçıya təqdim etmişdir. Cavabdeh, yalnız 550 manata dair qəbzi imzaladığını, digər qəbzlərdə olan imzaların ona məxsus olmadığını qeyd etsə də, ekspert rəyi ilə bu dəlilləri təkzib edilmişdir. Bundan başqa, cavabdeh əvvəllər də pul götürdütünü və bütün borcunu qaytardığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Qürbət oğlundan 10,050 manat, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10,080 (on min səksən) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat Cavabdeh Qürbət oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-58/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-58/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver