Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-580/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «4707 manat məbləğində dəymiş ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «4707 manat məbləğində dəymiş ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 4707 manat məbləğində dəymiş ziyanın ödənilməsinə və tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh ona verdiyi 21 noyabr 2023-cü il tarixli qəbz əsasında 4767 manat borcun alınaraq ona ödənilməsini (4707 manat borc və 60 manat dövlət rüsumu) və iddia tələbinə bu həcmdə baxılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasında 15 aprel 2024-cü il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, 15 aprel 2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçı cavabdeh ona olan borcunu ayda 200 manat olmaqla ödəməsinə razıdır. 2). Cavabdeh iddiaçının ondan tələb etdiyi 4767 manat pul vəsaitini ödəməyə razıdır. Həqiqətən iddiaçıya 4767 manat pul vəsaiti ödəməlidir. Lakin 4767 manat pul vəsaitini tam ödəyə bilmədiyindən, ayda 200 manat olmaqla borcunu tam ödəmək istəyir. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış 15 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 15 aprel 2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 saylı Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında Qərarının 2.1.1-ci bəndində qeyd edilmişdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmin qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə cavabdehin nümayəndəsi X1 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı cavabdeh ona olan borcunu ayda 200 manat olmaqla ödəməsinə razıdır. 2). Cavabdeh iddiaçının ondan tələb etdiyi 4767 manat pul vəsaitini ödəməyə razıdır. Həqiqətən iddiaçıya 4767 manat pul vəsaiti ödəməlidir. Lakin 4767 manat pul vəsaitini tam ödəyə bilmədiyindən, ayda 200 manat olmaqla borcunu tam ödəmək istəyir. İddiaçı Cavabdeh qarşı «4707 manat məbləğində dəymiş ziyanın ödənilməsi və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 09 yanvar 2024-cü il tarixli ********** saylı qəbzlə artıq ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-580/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-580/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver