Məhkəmə qərarları › İş №2(039)-585/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-585/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-585/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1,464 manat məbləğində borcun və 500 manat məbləğində mənəvi ziyanın və banka ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı bildirmişdir ki, cavabdehlə tanışlığı olmuş, o, pul lazım olduğunu bildirərək ona borc pul verməyimi xahiş etmişdir. Onun pulu olmadığı üçün 583 əyyarlı, 33 qram çəkidə 1 ədəd boyunbağını 2017-ci ilin axırlarında 1,664 manat pul müqabilində ona vermişdir. Bu barədə aralarında razılaşma olmuş və borcunu Cavabdeh 6 aya qaytarmağa söz versə də bu günə kimi 200 manat pul qaytarmışdır. Cavabdeh Asil qızından ona qalan 1,464 manat məbləğində borcunu dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh borcunu etiraf edir, lakin borcu ödəməkdən yayınır. Özü pensiyaçıdır, maddi vəziyyəti çətindir. Cavabdeh borcunu vaxtında qaytarmadığına görə ona 500 manat mənəvi ziyan dəymişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax şəhəri Bölməsinin 116 №-li, xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, Cavabdeh Kəlbəcər rayonundan məcburi köçkündür, hazırda Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi, çörək sexində məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Kəlbəcər rayonu Qılışlı kəndində qeydiyyatdadır. Mülki-Prosessual Məcəllə: Maddə 35.1 qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2 iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Maddə 45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Maddə 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Sadalanan xüsusatları və qanunun yuxarıda göstərilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, borclu Cavabdeh Kəlbəcər rayonunda qeydiyyatda olduğu üçün mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 35.1, 44.2.2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehr Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar