Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-586/2020 12.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmaları tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan Yevlax rayonu Aran-2 qəsəbəsində yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Yevlax rayonu Aran-2 qəsəbəsində yaşayır. O, 1980-ci il tarixdə X3 ilə nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından Mehman, Sevda və Şəlalə adlı uşaqları anadan olmuşdur. Hazırda Sevda və Şəlalə ailə quraraq ər evinə köçmüşlər. Oğlu Mehman da Günel ilə ailə qurmuşdur. X11 2012-ci il tarixdə vəfat etmişdir. Onun adına Yevlax rayonu Aran-2 qəsəbəsində hazırda yaşadıqları ev olmuşdur. Əri vəfat etdikdən sonra həmin ev ona qalmışdır. İndi həmin evdə o və cavabdehlər azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Cavabdehlər mütəmadi olaraq onunla dalaşır, onu söyür, təhqir edirlər, onu öz evində rahat şəkildə yaşamağa qoymurlar. Bu səbəbdən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddiaçı onun anasıdır. Mərhum atası Səyyar Qasımov 2012-ci ildə vəfat etmişdir. Mübahisələndirilən yaşayış evi 1981-ci ildə işlədiyi müəssisə tərəfindən mərhum atasına xidməti ev kimi verilmişdir. O və bacıları Sevda və Şəlalə həmin evdə anadan olmuş və həmin evdə böyümüşlər. O, pedaqoji təhsil aldıqdan sonra 2007-ci ildə təyinatla Tovuz rayonuna müəllim işləməyə getmişdir. 2010-cu ildə isə digər Cavabdeh2 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, 2011-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Günel mübahisələndirilən yaşayış evinə gəlin köçüb və 2016-cı ilə qədər orada yaşayıb. Sonra anasının onlarla münasibətlərinin pisləşməsi nəticəsində o, məcbur qalaraq Güneli və uşaqları Ayət və Yusifi özü ilə Tovuz rayonuna aparmışdır. Üç il Tovuz rayonunda yaşadıqdan sonra anası onlara nəvələri üçün darıxdığını və Yevlax rayonuna qayıtmaqlarını bildirmişdir. O da anasının istəyini nəzərə alıb 2019-cu ildə ailəsini Yevlax rayonuna gətirmiş və mübahisələndirilən evdə yaşamağa başlamışlar. Sonradan anasının onlarla münasibəti yenidən pisləşmişdir və dəfələrlə anası onlardan polisə şikayət etmişdir. Anasının onları qeyd olunan yaşayış evindən çıxarmağa əsası yoxdur. Onun, arvadının və azyaşlı uşaqlarının həmin evdən istifadə etmək hüquqları olduğundan, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Yevlax rayonu Nemətabad kənd sovetliyi tərəfindən xx xxxxx 1980-cı il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 342794 №li nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X5 arasında bağlanmış nikah 1980-ci ilin aprel ayının 26-cı günündə Yevlax rayonu Nemətabad kənd sovetliyində akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. İş materiallarında olan “Qarabağmeliovodstroy” Tresti tərəfindən xx xxxxx 1981-ci il tarixdə verilmiş “Xidməti yaşayış evi və ya xidməti/peşə mənzilinin tutulması hüququ üzrə” 07 №li orderdən görünür ki, “Qarabağmeliovodstroy” Tresti ictimai təşkilatı və SMU-23 tərəfindən X1 26,0 kv.m sahəli, 2 otaqlı xidməti mənzil, ........küçəsi ev № 1, mənzil 15 ünvanında yerləşən SMU-23 Trest “KMVS”-nin evində qalmaq hüququ üzrə verilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 565330 №li ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə X3 vəfat etmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 702125 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X4 arasında bağlanmış nikah 2011-ci ilin sentyabr ayının 07-ci günündə Yevlax rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 461 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Yusifin və xx xxxxxx 2013-cü il təvəllüdlü Ayətin atası Cavabdeh1, anası isə Cavabdeh2dır. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən edilir ki, mübahisəli yaşayış evi 1981-ci ildə iddiaçının əri X1 işlədiyi müəssisə tərəfindən xidməti ev kimi verilmişdir. İddiaçının uşaqları, o cümlədən Cavabdeh1 1982-ci ildə qeyd olunan evdə doğulmuş, böyümüş, 2011-ci ildə isə digər Cavabdeh2 ilə ailə quraraq onu həmin evə gəlin köçürmüşdür. Göründüyü kimi mübahisəli ev iddiaçının mərhum ərinə 1981-ci ildə xidməti ev kimi verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə ... xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlərdən Cavabdeh1 mübahisəli evdə, həmin evə dair adına order verilmiş mərhum S.Qasımovun ailə üzvləri kimi 1982-ci ildən yaşamağa başladığından hazırkı mübahisəyə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Digər Cavabdeh2 isə Cavabdeh1 tərəfindən öz ailə üzvü kimi 2011-ci ildən mübahisəli evə köçürülmüş və tərəflər birlikdə orada yaşamışlar. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evlə bağlı cavabdehlərə münasibətdə üstün-subyektiv hüququ olmadığından onun iddiası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı da mübahisəli evə münasibətdə cavabdehlərlə birlikdə istifadə və sahiblik hüququna malik olduğundan və buna görə də cavabdehlərin həmin evdən çıxarılmalarını tələb etmək üçün subyektiv hüququ olmadığından onun iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə evdən çıxarılmaları tələbi haqqında iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-586/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-586/2020
12.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver