Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-587/2022 07.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının (MM QBKT) nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Finca Azerbaijan” MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada **********1110 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3,655.81 AZN əsas, faiz borcu üzrə 113.40 AZN, cəmi 3,769.21 AZN; **********01107 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2,012.44 AZN əsas, faiz borcu üzrə 62.39 AZN, cəmi 2,074.83 AZN həmçinin, ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixli, **********1110 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 3,655.81 AZN qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********01107 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən , Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2,012.44 AZN qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1110 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.15 AZN, dörd il müddətin də isə hər ay 77.75 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********01107 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1.73 AZN, dörd il müddətində isə hər ay 42.80 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1110 -1115612 saylı və **********01***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********01***-******* saylı və **********01***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavlələrinin tərəfi olmuşdur. Tərəflərin izahatları: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin etibarnamə üzrə nümayəndəsi Ramil Heydərov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, həqiqətət müqavilədə qeyd edilən şərtlərlə iddiaçı Bankdan kredit götürmüşdür. Lakin, maddi çətinliklərlə bağlı həmin krediti lazımınca icra edə bilməmişdir. İddianı əsas borc hissəsində təmin edilməsini, faiz borcu tələbi hissəsində isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, cavabdehin etirazı əsasında əmrin ləğv edilməsini nəzərə alaraq iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Təqdim olunan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixi, **********1107 kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 2,012.44 AZN məbləğində kredit verilmişdir. “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış 16.10.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh3 arasında bağlanmış 16.10.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixi, **********1110 kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 3,655.81 AZN məbləğində kredit verilmişdir. “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış 16.10.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh3 arasında bağlanmış 16.10.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Maliyyə arayışlarına əsasən, 16.10.2019-cu il tarixi, **********1107 saylı kredit müqaviləsi üzrə 17 yanvar 2022-ci il tarixə 2,012.44 manat əsas borc, 62.39 manat faiz borcu, cəmi 2074.83 AZN borc; 16.10.2019-cu il tarixi, **********1110 saylı kredit müqaviləsi üzrə 17 yanvar 2022-ci il tarixə 3,655.81 manat əsas borc, 113.40 manat faiz borcu, cəmi 3,769.21 AZN borc yaranmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri əsasında sonuncuya, güzəştli kredit müqavilələri əsasında yaranmış borcun restrukturizasiyası aparılmaqla müvafiq olaraq 2,012.44 manat və 3655.81 manat pulu 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 5 il müddətinə ödəməyi güzzəşt etmişlər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqavilələri əsasında kredit müqavilələri üzrə birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borca görə birgə məsuliyyət daşıyırlar. Kredit müqavilələri üzrə əsas və faiz borcunun iddiaçı tərəfindən düzgün hesablanmadığına dair cavabdehlər tərəfindən hər hansı sübut təqdim etmədiyindən, buna dair hər hansı şübhə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16 oktyabr 2019-cu il tarixli, **********1110 saylı kredit müqaviləsi üzrə 3,655.81 manat əsas, 113.40 manat faiz borcu, 16 oktyabr 2019-cu il tarixli, **********1107 saylı kredit müqaviləsi üzrə 2,012.44 manat əsas, 62.39 manat faiz borcu, həmçinin 79 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,923 (beş min doqquz yüz iyirmi üç) manat 04 (dörd) qəpil iddiaçı “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-587/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-587/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver