Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-599/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən cinayət nəticəsində vurmuş olduğu ziyanın dəyərinin 3,700 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, hazırkı Cavabdeh tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə edərək xx.xx.2018-ci il tarixində saat 20:00 radələrində onun kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin açarlarının onda olmasından istifadə etməklə, həmin mənzilə daxil olub yataq otağından olan dolabın siyirməsindən ona məxsus 1,500 manat nağd pul və 1 ədəd “ExpressBbank”a aid 4XXX6950 №- li plastik kartı oğurlamaqla ona maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb xx xxxx 2018-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağından oğurladığı ona məxsus 1 ədəd “Expressbank”a aid 4XXX6950 №-li plastik kartını həmin gün saat 20.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən ədəd “Expressbank”a aid bankomata daxil edərək 8 dəfə ardıcıl əməliyyat aparıb həmin kartın hesabından 800 manat, 800 manat, 500 manat, 200 manat, 1,000 manat, 621 manat, 200 manat və 800 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5,000 manat məbləğində pulu elektron məlumat daşıyıcısından istifadə etməklə ona maddi ziyan vurmuşdur. İki cəhdlə ona 6,500 manat ziyan vurmuşdur. Bu səbəbdən də cavabdeh CMnın 177.2.2, 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılma cəzasına məhkum edilmişdir. Şəxs məhkəmə prosesində dilindən rəsmi iltizam verərək 2,800 manatı nağd ödəmiş, cəmi 3,700 manat borcu qalmışdır. Bu səbəbdən də zərərin əvəzinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixində saziş bağlanmış, həmin sazişin tələblərinə oğurlanmış olduğu 6,500 manat pul vəsaitindən 2,800 manatını ödədiyindən, yerdə qalan 3,700 manat məbləğini də xx.xx.2019-cu il tarixədək tam ödəyəcəyi vədini öhdəsinə götürsə də, nəticədə artıq üçüncü aya keçib ki, pulu qaytarmamaqdadır. Şəxs həmin sazişi bağlayarkən oğurlamış olduğu pulu qaytaracağını vəd etmişdir. Bu gün isə həm bağladığı sazişə, həm də məhkəmədə verdiyi kişi sözünə əməl etməmişdr. Hazırda yerdə qalan yerdə qalan 3,700 manat pul məbləği tələb edir. Şəxs etmiş olduğu cinayət nəticəsində bu ziyanı ona vurmuşdur. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-130/2019 saylı xx xxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə edərək xx.xx.2018-ci il tarixində saat 20:00 radələrində onun kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin açarlarının onda olmasından istifadə etməklə, həmin mənzilə daxil olub yataq otağından olan dolabın siyirməsindən İddiaçı məxsus 1,500 manat nağd pul və 1 ədəd “ExpressBbank”a aid 4XXX6950 №- li plastik kartı oğurlamaqla ona maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb xx xxxx 2018-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağından oğurladığı İddiaçı məxsus 1 ədəd “Expressbank”a aid 4XXX6950 №-li plastik kartını həmin gün saat 20.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən ədəd “Expressbank”a aid bankomata daxil edərək 8 dəfə ardıcıl əməliyyat aparıb həmin kartın hesabından 800 manat, 800 manat, 500 manat, 200 manat, 1,000 manat, 621 manat, 200 manat və 800 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5,000 manat məbləğində pulu elektron məlumat daşıyıcısından istifadə etməklə İddiaçı maddi ziyan vurmuşdur. Bununla da İddiaçı ümumilikdə 6,500 manat maddi ziyan vurmuşdur. Bu və digər cinayət əməllərinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. və 177.2.3.1-ci maddəsi ilə təqsirli bilinərək qəi olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimişdir. Zərərin əvəzinin ödənilməsi barədə xx xxxx 2019-cu il tarixli sazişdən görünür ki, Cavabdeh 6,500 manat pul vəsaitindən 2,800 manatı müqavilə bağlanarkən nağd şəkildə ödəyir, qalan 3,700 manat məbləğini xx.xx.2019-cu il tarixədək tam ödəyəcəyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqa zidd əməlləri nəticəsində İddiaçı ümumilikdə 6,500 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs olan Cavabdeh cinayət işi üzrə zərər çəkmiş şəxs olan İddiaçılə razılığa gələrək vurulmuş zərərdən 2,800 manat ödəmiş, qalan məbləği isə xx xxxxxx 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürsə də, ödəniş etməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh təqsirli hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi zərər qalan hissəsini də ödəməlidir, bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh təqsirli hüquqa zidd hərəkəti nəticəsində vurduğu ziyanın əvəzi 3,700 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 3,730 (üç min yeddi yüz otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-599/2021
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-599/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver