Məhkəmə qərarları › İş №2(039)-60/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-60/2022

17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-60/2022 17.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3,110 manat avtomobilə vurulmuş ziyanın utulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, övladı İddiaçı2 məxsus Hyundai Santafe markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən yol nişanı olmayan yerdən cavabdehə məxsus iribuynuzlu mal heyvanı çıxmış qarşısına və avtoqəza törənmişdir. Bu barədə Yevlax rayonu yol patrul xidməti baş inspektor polis kapitanı X2 araşdırma apararaq cavabdehin barəsində İXP ******* saylı protokol tərtib etmişdir və mütəxəssis rəyi ilə 3,110 manat maşına ziyan vurulmuşdur. Cavabdehə ziyanı dəfələrlə ödənilməsini desələr də əhəmiyyət verməmişdir. Bununla da onlara məxsus Hyundai Santafe markalı **-BR-*** dövlət qeydiyyat nişanlı. avtomobilinə aşağıdakı adda ümumilikdə 3,110 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan mütəxəssis rəyi ilə qiymətləndirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə razılığa gəldiklərini, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Cavabdeh iclas zamanı iddiaçılarla razılığa gəldiklərini bildirmiş və təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə, tərəflər razılaşır ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş ziyanın əvəzi olaraq 1.800 (bir min səkkiz yüz) manat pul ödəyəcəkdir. 1800 (bir min səkkiz yüz ) manat pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 ödənilməsi nağd şəkildə bir dəfəyə 2022-ci ilin mart ayının sonuncu günlərində həyata keçiriləcəkdir İddiaçılar və cavabdeh ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyəri tələbi mübahisələndirən cavabdehə aid edilməlidir Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilsin. Cavabdeh 1,800 (bir min səkkiz yüz) manat İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar