Məhkəmə qərarları › İş №2(039)-604/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-604/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-604/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********11582 olan X1 9 markalı telefon üçün 1038 manat ödənilməmiş hissə, 103 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********94832 olan Samsung Galaxy A7 markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********51655 olan Samsung Galaxy A10 markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, ümumilikdə 1514 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1544 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan İMEİ kodu **********11582, **********4832 və **********51655 olan 3 ədəd X2 9, Samsung Galaxy A7 və Samsung Galaxy A10 markalı almış və nəticədə 1514 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1038 manat ödənilməmiş hissə və 103 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 76 manat ödənilməmiş hissə və 7 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 264 manat ödənilməmiş hissə, 26 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2600 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, xx.xx.2018-ci il tarixli, 00349072 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə X2 9 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-2861 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00683639 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A7 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 76 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00856451 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A10 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 235 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 2861 manat olan X1 9 markalı telefon üçün ümumilikdə 1141 manat olmaqla, 1038 manat ödənilməmiş hissə və 103 manat cərimə borcu, alqı-satqı qiyməti 792 manat olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 83 manat olmaqla, 76 manat ödənilməmiş hissə və 7 manat cərimə borcu və alqı-satqı qiyməti 325 manat olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 290 manat olmaqla, 264 manat ödənilməmiş hissə və 26 manat cərimə borcu olmaqla, cəmi 1514 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1541 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 1514 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1514 (bir min beş yüz on dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar