Məhkəmə qərarları › İş №2(039)-606/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-606/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-606/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3508 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 2900 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19.00 radələrində etibarnamə əsasında idarə etdiyi Ford markalı **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdam rayonu, Quzanlı qəsəbəsi ilə Bərdə rayonu istiqamətində sağ zolaqla təxminən 40 km/saat sürətlə hərəkət edirdi. İşıqforun yaşıl işığından keçəndə qarşıdan Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olan Traktor yol ayrıcından sola İmamqulubəyli qəsəbəsində manevr edən zaman onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı o xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları ona ilkin tibbi yardım göstərib və onu xəstəxanaya aparmışlar. Bu barədə Ağdam RPŞ-də araşdırma aparılmış və Cavabdeh əməlində cinayət tərkibi olmadığında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda hadisə Cavabdeh günahı ucbatından baş verdiyi öz əksini tapmışdır. Həmçinin ona 3508 manat maddi ziyan dəydiyi və ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Cavabdeh könüllü olaraq maddi ziyanı qarşılamaq istəmir. Hazırda cavabdehdən 2900 manat ziyan tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, avto qəza onun təqsiri ucbatından olmuşdur. İddiaçıya dəymiş ziyanı hazırda bir dəfəyə ödəmək imkanı yoxdur. Ziyanı hissə-hissə ödəyəcək. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı dəymiş ziyanın əvəzi kimi 2900 manat pulu hissə-hissə ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Laçın RPŞ-si tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Laçın rayonu, Mişni kəndində anadan olmaqla, Laçın rayonu, Mişni kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxxx 1962-ci il tarixdə Kəlbəcər rayonu, Nəcəfalı kəndində anadan olmaqla, Kəlbəcər rayonu, Nəcəfalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdam RİHBnın Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Laçın rayonu, Mişni kənd sakini İddiaçı Ağdam rayonu, Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyində müvəqqəti qeydiyyatda durur və yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA seriyalı 330144 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Ağdam rayonunda məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax şəhər bölməsinin xx xxxxx 2021-ci il tarixli arayışından məlum olur ki, Abbasov X1 rayonundan məcburi köçkündür. Yevlax şəhəri Yeni qəsəbə 1/4 məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdam RPŞ-ndə araşdırılmış materialdan məlum olur ki, yol nəqliyyat hadisəsi zamanı İddiaçı 3508 manat maddi ziyan dəymişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19.00 radələrində iddiaçı etibarnamə əsasında idarə etdiyi Ford markalı **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdam rayonu, Quzanlı qəsəbəsi ilə İmamqulubəyli qəsəbəsi kəsişməsində cavabdehin idarə etdiyi traktor yol ayrıcından sola İmamqulubəyli qəsəbəsində manevr edən zaman iddiaçının avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin rədd edilməsi haqqında qərarda iddiaçıya cavabdehin təqsiri ucbatından 3508 manat maddi ziyan dəydiyi qeyd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 2900 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 2900 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 191.3-cü mаddəsinə əsаsən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 manat dəymiş ziyan tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar