Məhkəmə qərarları › İş №2(039)-609/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-609/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-609/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, iddiaçı Bərdə Regional X4nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 440 manat pulun alınaraq X8 Təsərrüfatı Mərkəzinin bank hesabına ödənilməsi və cavabdehə məxsus mal-qaranın Bərdə RMTMnin Cırdaxan meşəbəyliyinin 13 saylı meşə dolayından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 30.03.2020-ci il tarixdə özünün mal-qarasını qanunsuz meşə sahəsinə gətirərək meşə əkinlərini və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirilərək qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən 31.03.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı təbiətə 440 manat ziyan vurulması aşkar edilmişdir. Vurduğu ziyanın ödənilməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 1999-cu ildən meşə ərazisində məskunlaşdığını, orada mal-qara saxlayaraq dolanışıq üçün xərclərini qazandığını, meşə torpaqlarına heç bir ziyan vurmadığını, əksinə orada çoxlu sayda ağac əkdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan meşə gözətçisi X2 30.03.2020-ci il tarixli məlumatından görünür ki, Cavabdeh özünün təxminən 200 (iki yüz) baş xırdabuynuzlu heyvanlarını meşəyə buraxır və onun göstərişlərinə tabe olmur. İş materiallarında olan Bərdə Regional X4nin 31 mart 2020-ci il tarixli 54725 nömrəli aktından görünür ki, Yevlax şəhər sakini Cavabdeh özünün xırdabuynuzlu heyvanlarını gətirib qanunsuz olaraq meşə sahəsində otarır, meşə gözətçisinə tabe olmur, qoyunquzunu meşə sahəsindən çıxartmır. Aktda Azərbaycan Respublikasıının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən meşəyə 440 manat ziyan vurduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini və cavabdehə məxsus malqaranın meşə ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 440 (dörd yüz qırx) manat məbləğində pul alınaraq iddiaçı Bərdə Regional X4nin “Kapital Bank” Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin və Cavabdeh məxsu mal-qara X8 X1 Meşəbəyliyinin 13 saylı meşə dolayından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar