Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-61/2021 04.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus Yevlax rayonu Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evinə onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X1 ilə 2006-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarını 2007-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 06.10.2007-ci il təvəllüdlü X3 ilə 03.11.2009-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. O, ailə qurduqdan sonra, yəni 2006-ci ildən başlayaraq mübahisələndirilən fərdi yaşayış evində ailəsi və uşaqları ilə birlikdə yaşamışdır. Sonradan münasibətləri pozulduğundan Çərkəz Səmədovla aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, cavabdehin oğlu ilə nikaha girərkən ev cavabdehin mülkiyyətində olmamışdır. Belə ki, evə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində sonradan qeydə alınmış və fərdi yaşayış evinə dair 19.02.2020-ci il tarixdə cavabdehə çıxarış verilmişdir. O, həmin evdə qeydiyyatdadır, ailə quraraq həmin evə köçən gündən cavabdehlə birgə ailə təsərrüfatını idarə etmişdir. Cavabdehin ailə üzvi kimi onun da həmin mənzildə yaşamaq hüququ var və istifadə hüququ tanınmalıdır. Lakin ona mübahisəli mənzildə yaşamağa imkan vermirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun iddiası əsasında başlanılmış mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılmış, məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və hazırkı iş üzrə İddiaçı onun evindən çıxarılması qərara alınmışdır. Bu səbəbdən iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-321/2020 saylı, 13.05.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşaqları- 06.10.2007-ci il təvəllüdlü Səmədov Amin Çərkəz oğlu və 03.11.2009cu il təvəllüdlü X2 birlikdə Yevlax rayonu Hürüuşağı kəndində yerləşən iddiaçı Cavabdeh məxsus fərdi yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1711/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(039)-321/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.05.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1711/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evinə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə isə, mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-61/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-61/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver