Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-610/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdeh X2 iştirakı ilə, iddiaçı Bərdə Regional X8nin cavabdeh X4 və X3 qarşı qanunsuz tikililərin sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X8 cavabdeh X10 və X3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Seymur Baxşəliyevdən 66 manat pulun alınaraq X12 Təsərrüfatı Mərkəzinin bank hesabına ödənilməsi və cavabdehlərin Bərdə RMTM-nin Cırdaxan meşəbəyliyinin 13 saylı meşə dolayından çıxarılması və həmin ərazidə qanunsuz tikilmiş yaşayış evinin və mal damlarının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Dövlət Meşə Fondu torpağına aid olan ərazidə qeyri-qanuni olaraq 8x5=40m2 yaşayış evi və iki ədəd 16x4=64m2,10x4=40m2 mal damı inşa edərək orada məskunlaşaraq və oraya özlərinə məxsus 30 baş xırdabuynuzlu heyvan saxladığı aşkar edilmişdir. Bu barədə 03.11.2020ci il tarixdə 64483 saylı akt tərtib edilmişdir. Baxış zamanı təbiətə 66 manat ziyan vurulması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X9 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, həqiqətən də meşə ərazisində yaşaması üçün ev və mal-qarasını saxlaması üçün mal damları tikmişdir. Həmin tikililərin tikilməsi üçün onun heç bir icazə sənədi yoxdur. Həmin tikililərin dövlət reyestrində qeydiyyatı yoxdur. Meşə ərazisində yaşamağına səbəb başqa yerdə yaşayış evinin və işinin olmaması olmuşdur. Hazırda orada onunla bərabər bibisi, yəni digər cavabdeh Gülbəniz Baxşıyeva da yaşayır. Eyni zamanda təbiətə vurduğu 66 manatı ziyanı ödədiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Gülbəniz Baxşıyeva məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bərdə Regional X8nin 03 noyabr 2020-ci il tarixli 64483 nömrəli aktından görünür ki, Yevlax şəhər sakini X5 özünün 30(otuz) baş xırdabuynuzlu heyvanlarını qanunsuz olaraq meşə sahəsində otarmışdır. Eyni zamanda həmin aktla müəyyən olunmuşdur ki, Seymur Baxşəliyev tərəfindən Cırdaxan meşəbəyliyinin 13-cü dolayında S.Baxşəliyev tərəfindən bir ədəd yaşayış evi və iki ədəd mal damı tikilmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, onun tərəfindən təbiətə vurulmuş 66(altmış altı ) manat ziyan Bərdə Regional X8nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı, meşə fonduna məxsus torpaq sahəsində tikilmiş yaşayış evinin və mal damlarının sökülməsini, cavabdehlərə məxsus mal-qaranın meşə ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərə məxsus mal-qara Cırdaxan Meşəbəyliyinin 13 saylı meşə dolayından çıxarılmalı, həmin sahədə qanunsuz tikilmiş yaşayış evi və mal damları sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. X12 X1 Meşəbəyliyinin 13 saylı meşə dolayında X5 tərəfindən tikilmiş yaşayış evi və mal damları sökülsün. X4 və X3 məxsus mal-qara həmin sahədən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-610/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-610/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver