Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-611/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxxxxxxxxxx” ASC-yə məxsus olan 176 nömrəli mağazanın ona məxsus olmasını bildirərək mağazanı ona 3000 manat pula satmağı təklif etmişdir. Cavabdeh ona mağazanı bir neçə il bundan əvvəl 900 manata aldığını, hazırda isə mağazanın qiymətinin qalxdığını bildirmişdir. İddiaçı bununla razılaşmış və 3000 manatı pulu Cavabdeh vermişdir. Eyni zamanda cavabdeh ona buna dair yazılı qəbz vermişdir. O, qısa bir müddət ərzində mağazanı işlətmiş, daha sonra isə mağaza əlverişli yerdə olmadığı üçün mağazadan qazanc əldə edə bilməmişdir. "xxxxxxxxxxxx" ASC-nin müdiriyyəti mağazanın aylıq kirayə haqqını istəyəndə, o, mağazanı 3000 manata aldığını bildirmişdir. "xxxxxxxxxxxx" ASC-nin müdiriyyəti isə ona həmin mağazanın Cəmiyyətin balansında olduğunun, mağazanın başqa şəxslər tərəfindən satıla bilməyəcəyini bildirmişdir. O, cavabdeh tərəfindən aldadıldığını bilib cavabdehdən pulunu tələb etmiş, cavabdeh ilk vaxtlar pulunu qaytaracağını bildirsə də, son vaxtlar imkanı olmadığını və imkanı olan zaman pulunu qaytaracağını bildirmişdir. Həmin hadisədən uzun müddət keçməsinə baxmayaraq cavabdeh “mağaza ona məxsusdur” deyərək ondan aldığı 3000 manat pulu qaytarmır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izhatında bildirmişdir ki, onun “xxxxxxxxxxxx” ASC-də mağazası olmuşdur. O, həmin mağazanı icarə hüququ əsasında istifadə edirdi və hər ay bazara icarə pulu ödəyirdi. Lakin ona məxsus mağaza balaca olduğu üçün o, başqa mağaza almaq istəmiş və bu zaman həmin bazarda mağaza işlədən Cavabdeh ona mağazasını sata biləcəyini bildirmişdir. 2013-cü ildə Emin ona 3000 manat qarşılığında mağazasını satmışdır. Sonradan, yəni 2014-cü ildə alver zəif olduğu üçün o, mağazanı özü işlətməmək və başqa şəxslərə icarəyə vermək qərarına gəlmişdir. 2017-ci ildə isə o, alver olmadığı üçün mağazanı təhvil vermək məcburiyyətində qalmışdır. Cavabdeh onu aldadaraq bazara məxsus mağazanı özününkü kimi ona satmışdır və bunun müqabilində ondan 300 manat pul almışdır. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, atasının adına “xxxxxxxxxxxx” ASC-də mağaza olmuşdur. Atası da digər sahibkarlar kimi oranı icarə hüququ əsasında istifadə etmişdir. Bazarda yerləşən mağazalar bazarın mülkiyyətində olmuş və onun o mağzaları satmaq hüququ olmamışdır. İddiaçı özü də uzun müddət həmin bazarda işlədiyi üçün bu qaydaları bilmişdir. O, atasına məxsus 163 nömrəli mağazanı işlədə bilmədiyinə görə 2012-ci ildə mağazanı təhvil vermiş, bundan sonra həmin mağazanı iddiaçı işlətməyə başlamış, sonradan onu Elxan adlı şəxsə icarəyə vermişdir. O, iddiaçıya mağaza satmamış və ondan 3000 manat pul almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçıCavabdeh qarşı pul tələbinə dairiddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-611/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-611/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver