Məhkəmə qərarları › İş №2(039)-611/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-611/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-611/2021 22.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Bərdə Regional X1 vəkalətli nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Bərdə Regional X1 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və ziyan» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X3 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 330 manat pulun alınaraq Bərdə Regional X1 “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 36 CTRE ******************** saylı hesabına ödənilməsi; Cavabdeh Bərdə RMTM-nin Cırdaxan meşəbəyiliyinin 13 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qarasının çıxarılması, qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə Regional X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh məxsus xırdabuynuzlu mal-qarasının meşə ərazisindən çıxarılması, 4*6=24 m2 ölçüdə yaşayış evinin, 20*6=120 m2 ölçüdə iki ədəd mal damının öz hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə Regional X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Yevlax şəhər sakini Cavabdeh tərəfindən X9 ərazisində olan qanunsuz tikililərin sökülməsi və X8 vurduğu 330 manat dəymiş ziyan alınaraq Bərdə Regional X3nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə Regional X3 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 330 manat pulun alınaraq Bərdə Regional X1 “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 36 CTRE ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə Regional X1 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahi etdi ki, Cavabdeh qanunsuz olaraq Çırdaxan Meşəbəyliyinin ərazisində 2 ədəd mal damı inşa edərək qanunsuz olaraq məskunlaşmış, 150 baş xırdabuynuzlu heyvanlarını saxlayır və özbaşına olaraq meşə ərazisində otarır. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən 03 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 330 manat ziyan vurulması aşkar edilmişdir. İddiaçı Bərdə Regional X1 nümayəndəsi X4 məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, iddianı qəbul edir. Lakin ziyanı bir dəfəyə ödəyə bilmir. 330 manat ziyanı hisə-hissə ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə Regional X1 əməkdaşları tərəfindən tərtib edilmiş 03 noyabr 2020-ci il tarixli aktından məlum olur ki, Cavabdeh qanunsuz olaraq Çırdaxan Meşəbəyliyinin ərazisində 2 ədəd mal damı inşa edərək qanunsuz olaraq məskunlaşmış, 150 baş xırdabuynuzlu heyvanlarını saxlayır və özbaşına olaraq meşə ərazisində otarması faktı aşkar edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh qanunsuz olaraq Çırdaxan Meşəbəyliyinin ərazisində 2 ədəd mal damı inşa edərək qanunsuz olaraq məskunlaşmış, 150 baş xırdabuynuzlu heyvanlarını saxlayır və özbaşına olaraq meşə ərazisində otarması faktı aşkar edilmişdir. Bununla bağlı Bərdə Regional X1 əməkdaşları tərəfindən 03 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Mal damı inşa edilmiş və xırdabuynuzlu heyvanlar otarıldığı ərazi Cırdaxan meşəbəyliyi 6 saylı meşə dolayının ərazisi olmuş və təbiətə 330 manat ziyan dəymişdir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 330 manat pul Cavabdeh tutularaq Bərdə Regional X3nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddəsini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. 03 aprel 1989-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax şəhəri, A.Məmmədov küçəsi 53-də yaşayan Cavabdeh 330 manat alınaraq Bərdə Regional X3nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar