Məhkəmə qərarları › İş №2(039)-63/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-63/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-63/2022 21.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1000 manat məbləğində pulun və tərəfindən iddia ərizəsi üçün banka ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh 25 fevral 2020-ci il tarixdə iddiaçıdan 1000 manat borc pul almışdır. Pulun alınmasına dair cavabdeh iddiaçıya yazılı qəbz də vermişdir. Cavabdeh borcunu qaytaracağını bildirsə də, bu günə kimi borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. Cavabdeh imzanın ona məxsus olmamasını bildirmiş və ekspert rəyi ilə qəbzi cavabdehin imzaladığı müəyyən edilmişdir. Sorğunun cavabında məhkəməyə təqdim edilmiş videoda üç dəfə cavabdehə məxsus bank kartından pul çıxaran şəxs olsa da, həmin pul cavabdehin iddiaçıya qəbz yazmadan olan borcunun əvəzi olmuşdur. Hətta həmin pulları hazırki qəbz üzrə ödəniş sayılsa belə qalan pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Videoda pulu çıxaran şəxsin kim olması məlum deyil. İddiaçı kartdan cəmi üç dəfə pul çıxarmışdır. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı iddiasını qəbul etmir. Belə ki, o heç bir qəbzə imza etməmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ona məxsus bank kartı iddiaçıda olmuşdur. Videoda onun kartından pul çıxaran şəxs Ləman və onun qardaşıdır. Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı onlara faizə pul vermişdir. Həmin pulun məbləği cəmi 400 manat olmuşdur. Pula görə qəbz yazılsa da, həyat yoldaşının bank kartı Ləmanda olubdur. Bir il Ləman həmin kartdan pul çıxarıbdır. Videoda da pulun Ləman və qardaşı tərəfindən bankomatdan çıxarması əks edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 1000 manat borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(039)-2149/2021 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 19 yanvar 2022-ci il tarixli 4/18 saylı rəyindən məlum olur ki, Cavabdeh adına olan 25 fevral 2020-ci il tarixli borc qəbzində “Имза” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 1000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Cavabdeh 25 fevral 2020-ci il tarixli qəbzin onun tərəfindən imzalanmadığını bildirmişdir. Ekspert rəyi ilə 25 fevral 2020-ci il tarixli qəbz cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus bank kartını iddiaçıya vermişdir ki, borcu həmin kartdan məxaric edərək götürsün. Məhkəmə sorğusu əsasında təqdim edilmiş görüntülərdən məlum olur ki, iddiaçı cavabdehə məxsus bank kartından üç dəfə, yəni26 dekabr 2020-ci il tarixdə 241 manat, 08 fevral 2021-ci il tarixdə 236 manat və 04 mart 2021-ci il tarixdə 237 manat, cəmi 714 manat pul məxaric etmişdir. Digər vaxtlarda kartdan iddiaçı tərəfindən pul məxaric edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf pulun faizə verilməsini, pulun məbləğinin 400 manat olmasını, pulu iddiaçıya tam şəkildə qaytarıldığını və video görüntüdə pulun məxaric edən şəxsin iddiaçının qardaşı olmasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəf kartdan məxaric olan pulların cavabdehin iddiaçıya olan borcu üzrə ödəniş olmasını bildirsə də, cavabdehin iddiaçıya digər borcunun olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 286 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh 110 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 286 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 110 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar