Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-634/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0024 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus olan 4.52 ha torpaq sahəsinə, həmçinin bağa və fermaya gedən 400 metr uzunluğunda, 8,5 metr enində yolun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvülərinə Yevlax rayonu Köyük kəndində 4.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququları JN 0024 saylı 90107038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. Hazırda qeyd edilən torpaq sahəsinə gedən yolu cavabdeh zəbt etmişdir. Yoldan nə texnika, nə də yük maşınları keçə bilmir. Cavabdehdən dəfələrlə yolu açmasını tələb etsə də, cavabdeh yolu açmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabeh Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0024 (kod ********) saylı dövlət aktının təsdiq edilmiş surətindən məlum olur ki, X5, X3, X1, X2, İddiaçı və X4 Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində 4.52 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, Cavabdeh Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində 0.5236 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 iyun 2021-ci il tarixli **********55 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə qədər (eni 6m) olan gediş-gəliş yolu bağlanmamışdır. Yevlax rayonu Qaramanlı kəndi “Nizami” adına kolxozun ərazisində aparılan torpaq islahatına dair kompleks yequrluşu layihəsində göstərilən, həm iddiaçıya məxsus JN-24 nörməli Dövlət Aktı ilə verilmiş 4.52, həm də cavabdehə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********95 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət hüquqi ilə hüquqları qeydiyyata alınmış 2.62 ha torpaq sahələrinin məkan göstəriciləri, yerləşmə sxemlərini və koordinatlarını oların faktiki istifadə etdikləri torpaq sahələrinin naturadakı koordinatları və yerləşmə sxemləri ilə müqayisə etdikdə torpaq sahələrinin məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan iddia edilən (yəni eni 8.5 m olan yolun) torpaq sahəsinin cavabdeh təfərindən tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinə Yevlax rayonu, Köyük kəndi ərazisində 4.52 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı torpaq sahəsinə gedən yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində təsdiq olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən zəbt edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 326.40 manat İddiaçı alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********1, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yolun açılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 326.40 manat İddiaçı alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-634/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-634/2021
01.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver