Məhkəmə qərarları › İş №2(039)-64/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-64/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-64/2024 28.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbi haqqında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona vurmuş olduqları maddi ziyanın əvəzi olaraq 7000 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 90 manat olmaqla cəmi 7090 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırda Yevlax şəhəri Nizami prospekti bina 31, mənzil 9-da yaşayır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Hazırkı iş üzrə Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 qardaşının arvadıdır. O, anası və uşağı ilə birlikdə həmin evdə yaşamış, təxminən 2020-ci ildə “Coronavirus pendemiyası” zamanı Sahib və Cavabdeh2lar yaşamağa yerlərinin olmadığını bildirərək ona məxsus olan evə yığışmış və onlarla birlikdə yaşamağa başlamışlar. Lakin aralarında çoxsaylı söz-söhbətlər, narazılıqlar olduğu üçün o anasını və uşağını götürərək kirayəyə çıxmışdır. Yəni o, öz evi ola-ola kirədə yaşamağa məcbur olmuşdur. Çünki münasibətləri o, həddə çatmışdır ki, hər gün onların evinə polis gəlmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, onun tərəfindən 3000 manat ödənildiyindən cavabdehlərin 3 gün müddətinə həmin mənzildən çıxarılmaları qərara alınmışdır. Bundan bir neçə gün sonra cavabdehlər evdən çıxmışlar. Hazırda mənzil onun sahibliyindədir. Lakin həmin mənzil onun mülkiyyətində və sahibliyində olsa da, o, mənzildən istifadə edə bilmir. Çünki hər iki cavabdeh bu son 2-3 il ərzində onun mənzilini bərbad günə salmışlar. Evin tavanı, divarları, polu, mətbəxi, sanitar qovşağı, hamamı və s. yararsız vəziyyəti düşmüşdür. Mənzilə daxil olmaq, orada yaşamaq qeyri-mümkündür. Sanki bu 2-3 il ərzində ev bir dəfə də olsun təmizlənməmişdır. O, hazırda hər iki cavabdehdən ona dəymiş olan ziyanı tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında neçə illərdi evlərində dava-dalaş olduğundan öz evindən kənarda kirayələrdə yaşamağa məcbur qaldığını, uzun müddətli məhkəmə çəkişmələri nəticəsində mənzilinin ona təhvil verildiyini, cavabdehlər mənzildən çıxan günü onlarla qarşılaşmamaq üçün kənarda gözlədiyini, icra məmurları tərəfindən mənzilin aktla ona təhvil verildiyini, həmin aktda mənzilə ziyan vurulması ilə bağlı qeydlər etmədiyini, mənzilə daxil olduqdan sonra oranın bərbad hala salındığını müəyyənləşdirdiyini, cavabdehlər mənzildən çıxan günü mənzilin üzərində tarixi qeyd olunan foto və video görüntülərini çəkərək iddiasına əlavə etdiyini, başqa sübutunun olmadığını bildirmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh mərhum Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, 2 otaqlı mənzilin 1 otağında digər cavabdeh olan arvadı Cavabdeh2 ilə birlikdə yaşadıqlarını, digər otaqda isə iddiaçının əşyaları yığılmaqla onun özü tərəfindən daima bağlı saxlanıldığını, evin təmirində olan çatışmazlıqların 1995-ci ildən yarandığını, həmin evdə yaşayan dövrdə evin qızdırılması üçün dəhlizdə odun peçi istifadə etdiyini, onlar yəni cavabdehlər tərəfindən bacısının hazırda mübahisələndirdiyi mənzilə hər hansı ziyan vurulmadığını bildirmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 22, mənzil 7-da yerləşən 63.6 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax şəhəri 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanda hal-hazırda qardaşı Cavabdeh1 yaşayır və evin mənzil və zibil haqqı ödənişlərini ödəmir. Yevlax Rayon Məhkəməsinin 2(039)-556/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilmiş, İddiaçı tərəfindən 3000 (üç min) manat ödənildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üç gündən sonra Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi 22 saylı evin 7 saylı mənzilindən çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7008 saylı ekspert rəyindən görünür ki, ünvan 3 evin 7 saylı ünvanında yerləşən mənzilin mətbəx və dəhliz tikililərinə (hislənmiş vəziyyətdə olduğundan) ziyan dəydiyi müəyyən edilir. Təmir-tikinti, quraşdırma, ziyan vurma və s. işlərinin hansı dövrdə (müddətdə) apraılmasının müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. ünvan 3 evin 7 saylı mənzilinə dəymiş zərərin aradan qaldırılması (təmir) üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiyymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 775 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.09. 2024-cü il tarixli 10/2491 saylı ekspert rəyindən görünür ki, Yevlax şəhəri, H.Hacıyev küçəsində yerləşən 22 saylı evin, 7 saylı mənzilinə baxış keçirilən zaman, mənzildə təmir aparıldığı, mənzilin ilkin vəziyyətdə saxlanılmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzil ilkin vəziyyətdə saxlanılmadığından mənzilə vurulmuş ziyanın məbləğini müyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində, Yevlax şəhəri, H.Hacıyev küçəsində yerləşən 22 saylı evin, 7 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı da daxil olmaqla, mövcud bazar qiymətinə uyğun ümumi dəyərinin təqribən 5894 manat məbləğində olduğu müəyyən edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul maddi ziyan tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə Zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. 1096.1-ci maddə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 115.0.1-ci maddə Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. 107-ci maddə Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində aydın oldu ki, tərəflər bacı, qardaş və sonuncunun arvadı olmaqla qohumluq münasibətində olmuşlar. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşamış, ötən ilin iyul ayının əvvələrində müvafiq məhkəmə qətnaməsi əsasında təsdiq olunmuş barışıq sazişinə əsasən həmin dövdə mənzildən çıxmışlar. İddiaçı X3 məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan mənzilə ziyan vurulması ilə bağlı sonunculara qarşı maddi ziyan tələbinə dair məhkəmədə iddia qaldırsa da, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehlərin mənzildən çıxan günü iddiaçı mənzilin üzərində tarixi qeyd olunan foto və video görüntülərini çəkərək iddiasına əlavə etdiyini bildirsə də, məhkəmə iclasında iddiaçının iştirakı ilə həmin sübut tədqiq olunarkən qeyd olunan hal sübuta yetməmiş, habelə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7008 saylı ekspert rəyində ünvan 3 evin 7 saylı ünvanında yerləşən mənzilin mətbəx və dəhliz tikililəri hislənmiş vəziyyətdə olduğundan ziyan dəydiyi müəyyən edilmişdir ki, bu hislənmədə cavabdehlər mənzildə yaşadıqları zaman mənzildə odun peçindən istifadə etdiklərindən yaranmışdır. Mülki qanunvericilik mülki hüquq pozuntusu - yəni deliktin yaranması üçün hüquqla və ya qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli əsas şərt kimi göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi mənzilin cavabdehlər tərəfindən yararsız vəziyyətə salınması işdə olan mövcud sübutlar əsasında müəyyən olunmur, bu səbəbdən onların üzərinə hər hansı bir vəzifə qoyulmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı maddi ziyan 7000 (yeddi min) manat pul tələbi haqqında iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı X1 150 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh2 qarşı maddi ziyan tələbi haqqında iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X1 150 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar