Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-640/2020 07.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadoav Günay İsmayıl qızı, İddiaçı Cavabdeh Nağı oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nağı oğluna qarşı“alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçıöz qeydiyyatünvanı kimi Yevlax rayonu Aşağı Salamabad kəndini, yaşadığı ünvan kimi isə Gəncə şəhəri, Hüseyn Cavid küçəsi 15 saylı ünvanda yerləşən “İnsan alveri və potensial insan alveri qurbanlarına Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzini, cavabdehin qeydiyyat ünvanı kimi ünvan 3 ünvanını, yaşadığı ünvan kimi isə Xırdalan şəhəri Quşçular massivi, Osman Sarıvəlli küçəsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi iddia ərizəsində iddiaçının yaşadığı yer Gəncə şəhəri, Hüseyn Cavid küçəsi 15 ünvanı, cavabdehin qeydiyyat ünvanı kimi isə ünvan 3 ünvanı qeyd edilmişdir. İddiaçının hazırkı iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.3-cü maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər işərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edimiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh Nağı oğluna qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinəşikayət verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-640/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-640/2020
07.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver