Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-645/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin bütün qazancından və ya gəlirlərindən uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan məbləğin artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X6 ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh X6 aralarında olan xx xxxxx 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan övladları xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 onun yanında qalması və usaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin mənim xeyrimə tutulması qət edilmişdir. O, məktəbdə ibtidai sinif müəlliməsi işləyir, uşaqları orta məktəbdə oxuyur, uşağı Qaspar gözündə olan problemlərlə əlaqədar vaxtaşırı Bakı şəhərində müalicə alır. Cavabdeh fərdi işlə məşğul olur, qazancı yüksəkdir. Onun ev iddiası məhkəmə tərəfindən təmin edilməmiş, valideynlərinə məxsus evdə qardaşının öz ailəsi ilə birlikdə yaşayacağı səbəbindən kirayəyə çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də məcburiyyət qarşısında qalıb alimentin məbləğinin artırılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, uşaqları ilə birgə yaşamağa yaşayış yeri olmadığından ev kiralamaq məcburiyyətindədir. Özü müəllim işləməklə 350 manat maaş alsa da bu məbləğ uşaqların saxlanılmasına və ev kirayəsini ödəməyə yetmir. Cavabdeh isə daha yüksək qazanca malikdir, təqdim etdiyi arayışda olan məbləğdən artıq qazanc əldə edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Rəşid Rəsulov iclasa gəltməmişdir. Lakin iddiaya etirazını və əmək haqqı barədə arayışı təqdim etmişdir. Etirazda qeyd edilir ki, Bankda mühafizəçi işləyir, əmək haqqı 461 manat təşkil edir, bunun 200 manatını alimentə ödəyir. İddiaçı müəllimdir, 430 manat aylıq maaşı var. Övladları böyütmək hər iki valideynin vəzifəsi olduğu üçün hesab edir ki, təkcə onun qazancı nəzərə alınmamalıdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-997/2019 №-li, xx xxxx 2019-cu il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 hər ay 100 manat sabit pul məbləğində aliment xx xxxxxx 2019-cu il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, X10 kompleks tam orta məktəbində aylıq əmək haqqı (vergi tutulmadan) 467.78 manat olmaqla ibtidai sinif müəllimi, Rəşid Rəsulov isə həmin məktəbdə əmək haqqı (vergi tutulmadan) 149.00 manat olmaqla texniki işçi işləyir. Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş arayışda qeyd edilir ki, Rəşid Rəsulov təhlükəsizlik üzrə nəzarətçi işləyir, əmək haqqı vergi və digər ödənişlər daxil olmaqla 500 manat təşkil edir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyin tələblərinə görə uşaqları saxlamaq vəzifəsi hər iki valideynə aid edilmişdir. Hazırkı halda müəyyən olunur ki, hər iki valideyn təxmini eyni məbləğdə aylıq gəlirə malikdir. Bundan başqa cavabdeh həmin əmək haqqından hər ay məhkəmə qərarına əsasən 200 manat sabit pul məbləğində aliment ödəyir. Lakin, məhkəmə, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində və hər ay hər bir uşaq üçün 115 manat həddində müəyyən edilməlidir. Qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin başqa gəlirlərinin olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Alimentin miqdarının artırılmasına əsas kimi isə yaşayış yeri üzrə kirayə haqqı ödəməkdə çətinlik çəkməsini göstərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-997/2019 №-li, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X3 xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 115 (bir yüz on beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh X3 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-645/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-645/2020
05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver