Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-659/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanıdıqları şəxsləri işə düzəldəcəyi üçün müxtəlif vaxtlarda ondan 3000 manat pul almışdır. Belə ki, o, 2017-ci ilin dekabr ayının 18-də günorta radələrində Yevlax rayonu Kövər kəndində əvvəllər tanıdığı və dost münasibətində olduğu Bəxtiyar ilə rastlaşıb, onunla bir az söhbət etdikdən sonra Bəxtiyar ona, özünün X1 Şöbəsinin müdiri vəzifəsində işlədiyini bildirərək, onun tanışlarını pul müqabilində işə düzəldə biləcəyini demişdir. O isə əmisi oğlu Daşqının və həmkəndlisi Bəybalanın işsiz olduğunu və iş axtardıqlarını bildirmişdir. Daşqını və Bəybalanı işə düzəltmək üçün, hər biri üçün 1500 manat olmaqla, o, cavabdehə cəmi 3000 manat pul vermişdir. O, həmin pulları Daşqından və Bəybaladan alaraq cavabdehə vermişdir. Lakin sonradan Bəxtiyarın dələduzluq etdiyini, onların etibarından sui-istifadə edərək onları aldatdığını bilmişdir. Bəxtiyar etmiş olduğu dələduzluq əməlinə gərə Cinayətə Məcəlləsinin 178.2.2. və 178.2.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra əmisi oğlu Daşqın və həmkəndlisi Bəybala pullarını ondan tələb etdikdə o, Daşqının və Bəybalanın pulunu öz vəsaiti hesabına onlara qaytarmışdır. Qeyd etdiyi hallar Yevlax Rayon Məhkəməsinin 1(039)-125/2019 saylı hökmündəki ifadələrdə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini qismən qəbul edərək, cavabdehdən 2000 manat pul aldığını və həmin məbləği imkanı olduqca qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Daşqın Rüstəmzadəni 1500 manat pul verəcəyi halda Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətin Yevlax regional şöbəsinə inspektor vəzifəsinə təyin etdirəcəyi adı ilə ondan 1500 manat və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bəybala Mənsimovu 1500 manat pul verəcəyi halda Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətin Yevlax regional şöbəsinə inspektor vəzifəsinə təyin etdirəcəyi adı ilə ondan 1500 manat almaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçının onun əmisi oğludur. O, 900 manat bir dəfə, 600 manat da bir dəfə əmisi oğlu Elsevərə, Elsevər isə Bəxtiyara onu işə düzəltməsi üçün vermişdir. Sonradan Bəxtiyarın onları aldatdığını bilmiş və pulunu tələb etmişdir. Elsevər 1500 manatını ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı onun həmkəndlisidir. O, 1500 manat pulu düzəldib Elsevərə, Elsevər isə Bəxtiyara onu işə düzəltməsi üçün vermişdir. Sonradan Bəxtiyarın onları aldatdığını bilmiş və pulunu tələb etmişdir. Elsevər 1500 manatını ona qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin onun etibarından sui-istifadə edərək onun vasitəsi ilə Daşqın Rüstəmzadədən 1500 manat və Bəybala Mənsimovdan 1500 manat pul alması, həmin pulun İddiaçı tərəfindən onlara qaytarılması təqdim edilmiş hökmlə və hazırkı mülki iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3000 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 3000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-659/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-659/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver