Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-681/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Kreditor İddiaçı QSC borclu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1və Cavabdeh4 qarşı ərzə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borclulardan müştərək qaydada Kreditorun xeyrinə 3,025.98 manat kredit borcu və 371.36 manat məbləğində cərimə olmaqla, cəmi 3,397.34 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev teleqram göndərərək edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclası zamanı bildirmişdir ki, müəyəən məbləğdə ödəniş etmiş və Bankla artıq razılığa gəlmişdir. İddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, bu, cavabdehlərin hər hansı hüquq və vəzifələrinin pozulmasına əsas olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-681/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-681/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver