Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-681/2024 07.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6166,10 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə aralarında bağlanmış 17 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh 17 fevral 2015-ci iİ tarixli kredit müqaviləsi üzrə bankdan aldığı 7500 manat məbləğində kredit üzrə bank qarşısında olan öhdəliklərinin icra edilməsinə zamin durmuşdur. Cavabdehin aldığı krediti banka ödəməkdən yayındığına görə 6166.10 manat məbləğində kredit borcu onun əmək haqqından tutulmuşdur. Zaminlik müqaviləsi üzrə ondan tutulan 6166.10 manat məbləğində puun qaytarılması barədə cavabdehə dəfələrlə məlumat vermişdir. Lakin Cavabdeh onun əvəzinə ondan tutulan 6166.10 manat məbləğində pulu qaytarmaqdan yayınır. Ona görə də, məcburiyyət qarşısında qalaraq cavabdehdən 6166.10 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi ilə onun qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, sonradan cavabdehin şikayətinə əsasən rayon məhkəməsinin 2(039)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Beynalxalq Bank ASC-nin Yevlax filialının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin Yevlax filialı ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliklərin lazımınca icra edilməsinə zamin durmuşdur. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 6166 manat 10 qəpik məbləğində pul vəsaiti zaminlik müqaviləsinin 6.2.2 bəndinə əsasən zaminin hesabından akseptsiz qaydada müxtəlif tarixlərdə silinmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcüd deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yevlax rayon Aran qəsəbəsi N saylı hərbi hissədə qeydiyyatda olan Cavabdeh məhkəmə bildirişi çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 6166.10 manat borcunu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6166 (altı min yüz altmış altı) manat 10 (on) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-681/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-681/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver